SON XƏBƏRLƏR

Qasım Süleymani Səudiyyə Ərəbistanını təhdid edib

2021.10.20, 07:36
Qasım Süleymani Səudiyyə Ərəbistanını təhdid edib

Gunaz.tv

GünAz TV: “SEPAH”ın “Qüds Briqadası”nın komandiri Qasım Süleymani fevralın 13-də İranın Sistan və Bəlucistan əyalətində intihar hücumu nəticəsində ölən 41 nəfər “SEPAH” üzvünə görə Səudiyyə Ərəbistanını ittiham edib.

 

Qasım Süleymani deyib ki, "Səudiyyə Ərəbistanı regional təsirini yalnız pulla qurur. Bu səmərəsiz və uğursuzdur... Şəhidlərimiz üçün intiqam alacağıq... Bu dünyanın istənilən bir yerində ola bilər". Süleymani həmçinin sözlərinə əlavə edib ki, hücumun başlanğıcından etibarən İran rəsmiləri tərəfindən edilən bir sıra xəbərdarlıq mesajlarıyla İranın dözümlülüyünü sınağa çəkməyin.”

 

Tehran rejimi regional rəqibləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini “SEPAH”a hücum edən silahlı qruplaşmanı dəstəkləməkdə günahlandırır. Səudiyyə Ərəbistanı və BƏƏ isə hücumlarda iddia olunan əlaqələrini rədd edir.

 

R.X

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar