SON XƏBƏRLƏR

QƏRBDƏN AKP-yə DƏSTƏK ARTIR

2021.10.20, 07:36
QƏRBDƏN AKP-yə DƏSTƏK ARTIR

Gunaz.tv
QƏRBDƏN AKP-yə DƏSTƏK ARTIR Nüfuzlu Amerika və Avropa nəşrləri Türkiyədə hakim partiyanın bağlanmasına qarşı çıxırlar 4934.jpg Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının bağlanmasına dair Konstitusiya Məhkəməsində qaldırılmış iddiaya baxılması prosesi sona yaxınlaşdıqca Qərbin də diqqəti bu məsələ üzərinə cəmləşir. Çünki AKP Qərb tərəfindən dəstəklənən partiya olaraq tanınır. Qərb çevrələri əvvəlcədən elan ediblər ki, hakim partiyanın bağlanmasına qarşıdırlar. Son olaraq nüfuzlu Avropa və Amerika nəşrləri AKP-ni dəstəkləyən yazılar dərc edirlər. Belə yazılardan biri “Washington Post” qəzetində yer alıb. Qəzet yazır ki, ABŞ müsəlman ölkələrində demokratiyanı dəstəkləmək niyyətində ciddidirsə, o zaman AKP-nin bağlanmasına açıq şəkildə qarşı çıxıb Türkiyənin demokratik yolla seçilmiş hökumətini dəstəkləməlidir.Qəzet yazır ki, vaxtilə ABŞ Türkiyəni müsəlman dünyası üçün demokratik model hesab edirdi, lakin indi Amerika rəsmiləri AKP-nin bağlanması iddiasını açıq şəkildə tənqid etməkdən çəkinirlər. Britaniyanın nüfuzlu “The Economist” jurnalı isə yazır ki, AKP-nin bağlanması və baş nazir Rəcəb Tayyib Ərdoğana siyasət qadağasının qoyulması haqsız qərar olardı. Jurnal yazır ki, AKP islami dəyərləri müdafiə edir, lakin Türkiyədə islam qanunlarını tətbiq etməyə hazırlaşmır. Bununla belə, Ərdoğan hakimiyyətə gəldikdən bu yana dünyəvilik tərəfdarları ilə arasında məsafə qoyub və onlara əl uzatmayıb. AKP-dəki mənbə buna görə Ərdoğanı tənqid edərək deyib ki, indiki problemlərin səbəblərindən biri də dünyəvilik tərəfdarları ilə uzlaşmanın olmamasıdır. Bununla belə, jurnal yazır ki, AKP-nin bağlanması islamçıları daha da gücləndirəcək. Çünki təcrübə sübut edib ki,islamçılar dünyəvilik tərəfdarlarının hər müdaxiləsindən güclənərək geri dönüblər. “ The Times” qəzeti isə daha da irəli gedərək Türkiyədə demokratiyanı baş örtüsü deyil, qəzəbli generalların təhdid etdiyini yazıb. Qəzet hesab edir ki, Qərb hökumətləri Konstitusiya Məhkəməsində AKP-yə qarşı qaldırılan iddianı hüquq çevrilişi kimi görərək bunu açıq pisləməlidir. Bildirilir ki, AKP-yə qarşı qaldırılan iddianın hüquqi əsasları zəifdir. Qəzet onu da qeyd edib ki, Ərdoğan intellektualları hökumətə cəlb edib onlarla islahatları daha da irəli aparmalıdır. Xəbər verildiyi kimi, Konstitusiya Məhkəməsinin məruzəçi hakimi Osman Can öz rəyində bildirib ki, AKP-nin bağlanması üçün əsas yoxdur. Bununla belə, həmin rəy bağlayıcı qüvvəyə malik deyil və məhkəmə üzvləri qərarı öz iradələri əsasında verəcəklər. Gözlənilir ki, Konstitusiya Məhkəməsi qərarını avqustun əvvəllərində verəcək. F.Məmmədov musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar