Qərbi Azərbaycanın yerli olmayan valisi antiazərbaycan fəaliyyətinin ağır nəticələrindəndən vahiməyə düşüb – VİDEO

19.10.2018, 12:20

GünAz TV: Qərbi Azərbaycanın yerli olmayan radikal kürd valisi Azərbaycana qarşı etdiyi fəaliyyətlərinin ağır nəticəsi və ona olan etirazlardan vahiməyə düşüb.

 

Məhəmməd Mehdi Şəhriyari oktyabrın 18-də Əyalətin Planlaşdırma və İnkişaf Şurasının 4-cü iclasında çıxış edərkən gizli iqtisadi fəaliyyətini ifşa edənləri hədəfə alıb, onları əsəbi şəkildə dinsiz adlandıraraq sözdə məlum yerdən himayə olunduqlarını bildirib.

 

Vali sərmayə yatırımçılarını Qərbi Azərbaycandan Şimali Xorasana yönəltdiyi ilə bağlı etirazlara toxunub. O bildirib ki, bunlar (valini ifşa edənlər nəzərdə tutulur) vaxtı ilə burada motosikletə parking kirayə verən, indi də evində tennis kortu olan şəxs tərəfindən maliyyələşdirilir.

 

M.M.Şəhriyari kimsənin adını çəkmədən jurnalistlərdən istəyib ki, onun adını hallandırmaq yerinə, korrupsiya ilə bağlı Qərbi Azərbaycanın yüksək vəzifəli şəxslərindən bir neçəsini ifşa etsinlər.

 

“Aftab Urmiyə” Nəşriyyəsinin yeni sayında M.M.Şəhriyarinin sərmayə yatırımçılarını Qərbi Azərbaycandan Şimali Xorasan Əyalətinə yönəltdiyi barədə xəbər yayılıb.

 

Məlumata görə, yatırımçıların Şimali Xorasana üz tutduqları barəsində Qərbi Azərbaycan Əyalətinin bütün millət vəkillərində məlumat olub, lakin buna heç bir reaksiya verməyiblər.

 

Son vaxtlar kürd kökənli valinin Qərbi Azərbaycan Əyalətinin yanacaq satışı həvalələrini yerli olmayan bir kürdə ötürdüyü də məlum olub. Vali bunu düşünülmüş şəkildə etdiyini, əyalətə gəlir gətirəcəyini qeyd edib.

 

Güney Azərbaycanda Qərbi Azərbaycan Əyalətinin yerli olmayan radikal kürd valisinə qarşı etirazlar artıb, çoxları onun vəzifəsindən kənarlaşdırılmasını tələb edir.

Bu barədə Güney Azərbaycanın bəzi universitetlərinin öyrənciləri bəyanat yayaraq M.M.Şəhriyari və Təbrizin bələdiyyə başqanı İrəc Şəhin Baherin antitürk fəaliyyətlərinə etiraz edib, onların tutduğu postlarından kənarlaşdırılmasını tələb ediblər.

 

Radikal kürdlərdən sayılan M.M.Şəhriyari Şimali Xorasanın Bocnurd şəhərindəndir. O sözdə islahatçı adalanan düşərgə tərəfindən Qərbi Azərbaycan Əyalətində vəzifəyə gətirilib. Onun fəaliyyəti hər zaman kürd terror qruplaşmalarının strateji hədəfləri istiqamətində olub.

 

Video:

https://www.youtube.com/watch?time_continue=1&v=XoYrY_Slbkc

 

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güneyli jurnalist məhkumluq dövrü bitdiyi üçün sərbəst buraxılıb

2022-06-26

gun az article

“Körpü” proqramında müzakirə: “Elçibəy”-VİDEO

2022-06-25

gun az article

Vərziğan kəndliləri narazıdır: "Süngün mədəninin gəlirlərindən bölgəyə heç nə ayrılmır"-VİDEO

2022-06-25

gun az article

Təbrizlilər türkcə küçə adının dəyişdirilməsinə etiraz ediblər

2022-06-25

gun az article

Təbrizdə Həsən Dəmirçinin anım mərasimi keçirilib-VİDEO

2022-06-25

gun az article

"Oğlanlarla qızların danışması, deyib-gülməsi yüngüllükdür"-Təbrizin cümə imamı

2022-06-25

gun az article

Süngün mis mədəninin işçiləri döyülüb

2022-06-25

gun az article

“Sözümüz” proqramında müzakirə: “İranda demokratiya mümkündürmü?” -VİDEO

2022-06-25

gun az article

Güneyli ziyalılar tanınmış dilçi Hüseyn Düzgünlə görüşüblər

2022-06-25

gun az article

Təbrizli tibb işçilərindən İbrahim Rəisiyə etiraz- VİDEO

2022-06-25

gun az article

Həmədanda işsizlik göstəricisi artıb

2022-06-24

gun az article

Salmasda "Xüsusi İqtisadi Məntəqə" layihəsi 17 ildir yarımçıq qalıb

2022-06-24

gun az article

Qaradağ meşələrində yanğın olub

2022-06-24

gun az article

Zənganda bələdiyyə başçısı həbs edilib

2022-06-24

gun az article

Güney və Azərbaycanın idman klubları qardaşlaşıb

2022-06-24

gun az article

Məhkəmə sədri Xarvana əhalisini təhqir etdi-VİDEO

2022-06-24

gun az article

"Görüş”də müzakirə: “İranda iqtisadi böhran davam edir" və “İranda iqtisadi fəlakətin əsas səbəbi”-VİDEO

2022-06-24

gun az article

Bütöv Azərbaycan sevdalısı Əbülfəz Elçibəyin anım günüdür

2022-06-24

gun az article

Təbriz İranda üçüncü bahalı şəhərdir

2022-06-24

gun az article

Qəzvində uçmaq təhlükəsi olan 70 binanın sakinləri təxliyyə ediləcək

2022-06-24