SON XƏBƏRLƏR

Qərbi Azərbaycanın yerli olmayan valisi sözünü geri aldı: “Bağışlayın halım yaxşı deyildi!” – VİDEO

2021.10.20, 07:36
Qərbi Azərbaycanın yerli olmayan valisi sözünü geri aldı: “Bağışlayın halım yaxşı deyildi!” – VİDEO

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycana sırınmış yerli olmayan kürd kökənli vali Məhəmməd Mehdi Şəhriyari Urmiyənin millət vəkili Hadi Bahadurinin ünvanına səsləndirdiyi ittihamla bağlı sözünü geri alıb.

 

O bu barədə cümə axşamı günü yerli ictimai-siyasi fəallar və İran daxili işlər nazirinin siyasi məsələlər üzrə müavini ilə keçirdiyi iclasda danışıb.

 

Mayın 1-də Qərbi Azərbaycanda nümunəvi fəhlələrin fəaliyyətinin təqdir olunduğu tədbirdə Hadi Bahaduri ilə Məhəmməd Mehdi Şəhriyari arasında mübahisə yaranmışdır. Mübahisə zamanı özünü əyalətin “hakim”i adlandıran vali azərbaycanlı millət vəkilini maliyyə pozuntularına yol verməkdə günahlandırıb.

 

Hadi Bahaduri buna cavab olaraq bildirmişdir ki, “siz burada qonaqsınız, qonaq kimi də öz hörmətinizi saxlayın.  Hakim deyil, xadimsiniz.”

Millət vəkili bundan sonra mətbuata verdiyi müsahibədə vurğulamışdır ki, “hər kəs onun maliyyə pozuntusuna yol verdiyi ilə bağlı sənədləri üzə çıxartmasa, şərəfsizdir.”

 

Mübahisə zamanı ittihamla bağlı sənədləri ifşa edəcəyini deyən vali cümə axşamı günü “halım yaxşı deyildi” deyərək sözlərini geri alıb.

 

https://www.youtube.com/watch?time_continue=6&v=oiO_YD0jBc4

 

 

“Mən bu posta təyin olunduğum gündən cənab Bahaduri mənə dəfələrlə müəyyən idarələrdə maliyyə pozuntularında yol verildiyini və işlərin zəif getdiyini  deyib. O mənə “iki ildir maliyyə pozuntularından danışırsınız, bir adamın adını çəkin” deyincə, mən ona cavab olaraq “özün yaxşı bilirsən, siz adını çəkin” demək istədim. Lakin ortalıq qarışdı, fikirimi sonuna qədər çatdıra bilmədim.”- deyə Məhəmməd Mehdi Şəhriyari deyib.

 

https://www.youtube.com/watch?time_continue=5&v=qQXOAft_LnY

 

 

Videoni izləyən soydaşlarımız bunun formal olduğunu, qarşıdakı parlament seçkilərində sözdə islahatçılar arasında birlik yaratmağa yönəldiyini bildiriblər.

 

Qeyd edək ki, Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir. Bölgəyə sırınan vali hər zaman Azərbaycana qarşı sərgilədiyi radikal mövqeyi ilə seçilib.

Məhəmməd Mehdi Şəhriyari radikal mühacir kürdləri önəmli postlara təyin etməsi, Azərbaycan komandalarından fərqli olaraq kürd idman komandalarına dəstək verməsi və bölgənin kürdləşdirilməsi prosesində böyük rol oynaması ilə dəfələrlə Azərbaycan mətbuatının gündəminə düşüb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar