SON XƏBƏRLƏR

Xalq etirazlarına dəstək verən millinin sabiq milli futbolçusu Hüseyn Mahini saxlanılıb

2022.09.30, 11:31
Xalq etirazlarına dəstək verən millinin sabiq milli futbolçusu Hüseyn Mahini saxlanılıb

Gunaz.tv

"İRNA"-nın məlumatına görə, "Persepolis" komandasının və milli komandanın bu keçmiş oyunçusu Məhsa Əmininin ölümündən sonra xalqın etirazlarını müdafiə edən məşhur simalardan olub.

İran milli yığmasının başqa sabiq üzvü, futbol ulduzu Əli Kərimi Mahiniyə dəstək olaraq "tvitter" hesabında İran bayrağının simvolu olaraq üçrəngli ürəklər olan foto paylaşıb.

Qeyd edək ki, İranda tanınmış idmançılar, sənət adamları və ziyalıları etiraz aksiyalarına dəstəklə balı paylaşım və bəyanatları Tehran hökumətinin qəzəbi ilə qarşılaşıb.

Hökumət rəsmiləri dəfələrlə xəbərdarlıq edərək tanınmışların bu paylaşımlarını onların aksiyalarda iştirakı kimi qəbul etdiklərini və barələrində ölçü götürüləcəyini bildiriblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar