SON XƏBƏRLƏR

İranda baş vermiş iki yol qəzasında ən azı 10 nəfər ölüb, 33 nəfər yaralanıb

2022.01.04, 13:57
İranda baş vermiş iki yol qəzasında ən azı 10 nəfər ölüb, 33 nəfər yaralanıb

Gunaz.tv

Yayıln məlumata görə, bu gün səhər saatlarında Sistan-Bəlucistan əyalətində Əfqanıstandan olan “qanunsuz” qaçqınları daşıyan və yüksək sürətlə hərəkət edən “Pejo” markalı yük avtomobili naməlum səbəbə görə Xaş-İranşəhr magistral yolunda yoldan çıxaraq aşıb. 

Qəza nəticəsində 8 Əfqanıstan vətəndaşı yerindəcə keçinib, 16-sı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Xaş şəhərinin xəstəxanasına yerləşdirilib.

Bu gün İranın Kirman əyalətində daha ağır bir yol qəzası qeydə alınıb.

Yayılan məlumata əsasən, Bağin-Bərdsir magistral yolunda üz-üzə gələn sərnişin avtobusu TIR-la toqquşub. 

Qəza nəticəsində 2 nəfər yerindəcə həlak olub, 17 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır. 

Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında on minlərlə insan həyatını itirir. 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar