SON XƏBƏRLƏR

Xamneyini təhqir etməkdə suçlandırılan reper həbsə məhkum edildi

2022.01.25, 13:29
Xamneyini təhqir etməkdə suçlandırılan reper həbsə məhkum edildi

Gunaz.tv

Bu barədə Tumac Salehi yanvarın 24-də “Twitter” hesabında etdiyi paylaşımında məlumat yayıb.

O bildirib ki, məhkəmənin ona qarşı çıxardığı 6 ay həbs qərarı şərtidir və hökmün icrası bir il müddətinə təxirə salınıb.

Tehran məhkəməsi gənc repçini yaydığı əsərlərində İran rəhbəri Əli Xamneyini təhqir etməkdə və sistemə qarşı təbliğat aparmaqda günahlandırıb.

Xatırladaq ki, Tumac Salehi ilk dəfə olaraq, 2021-ci ilin sentyabr ayında İran təhlükəsizlik qüvvələrinin mənzilinə hücumu zamanı həbs edilsə də, o bir neçə gün saxlandıqdan sonra mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azad edilib. 

Gənc repçi bir neçə ay əvvəl “Normal həyat” və “Özün üçün sıçan yuvası al” adlı iki rep əsəri ilə sosial şəbəkələrdə şöhrət qazanıb.

O, həmin əsərlərində İran İslam Respublikası və onun rəhbəri Əli Xamneyinin müxtəlif sahələrdə apardığı yarıtmaz siyasəti nəticəsində ölkədə baş alıb gedən yoxsulluğa, korrupsiyaya və repressiyalara öz etirazını bildirib.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar