SON XƏBƏRLƏR

İranda oğurluq halları kəskin artıb

2022.08.27, 07:40
İranda oğurluq halları kəskin artıb

Gunaz.tv

Oğurluq hallarının artması İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejeyini də məsələni etiraf etməyə məcbur edib.

O, oğurluq edən və vətəndaşları güc tətbiq edərək qarət edən cinayətkarlara qarşı daha sərt tədbirlərin görülməsini istəyib.

Universitet müəllimi və sosyoloq Məhəmmədrza Əsgərpur məsələ ilə bağlı açıqlamasında belə halların çoxalmasının əsas səbəbinin yoxsulluq və ölkədə hakim olan iqtisadi hərc-mərclik olduğunu deyib.

Bir müddət bundan öncə Tehran şəhərinin polis rəisi Hüseyn Rəhimi son üç ay ərzində Tehranda baş verən ourluqların ötən ayın oxşar dövrünə nisbətdə 7% artdığını söyləyib.

Bununla yanaşı Tehran Polis İdarəsinin sözçüsü Mehdi Haciyan oğurluq hallarının artması ilə yanaşı oğruların orta yaş həddinin azaldığını və 18 yaşdan aşağı düşdüyünü qeyd edib.

Ədliyyə Nazirliyinin sosial məsələlər və cinayətlərin qarşısının alınması üzrə müavini Rza Məsudifər mediaya verdiyi açıqlamada xüsusilə son 5 ildə İranda oğurluq sayının kəskin artdığını deyib.

5 illik dövrdə oğurluq hallarının ən azı 4 dəfə çoxaldığını deyən Məsudifər, son bir il ərzində ölkədə qeydə alınan oğurluq hallarının 1 milyon 400 min olduğunu bildirib.

Bu barədə hesabat dərc edən İranın “Aftab” xəbər agentliyi İranda oğurluğun artması inflyasiyanın artımı ilə əhəmiyyətli dərəcədə əlaqəli olduğunu, son 5 illik dövrdə illik inflyasiya səviyyəsinin təxminən 4,4 dəfə artdlğını və buna uyğun olaraq oğurluq hallarının da 4 dəfə çoxaldığını qeyd edib.

Beynəlxalq Valyuta Fondu hesab edir ki, İran bu il Venesuela, Argentina, Surinam, Yəmən, Sudan, Zimbabve, Efiopiya və Türkiyədən sonra dünyada ən yüksək inflyasiya səviyyəsinə malik olacaq. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar