Gürcü hərbi ekspert: “Ermənistanın Azərbaycana qarşı hər hansı bir revanşist addımı böyük ağılsızlıqdır”

20.11.2021, 15:17

“Ermənistan bölgədə yaranmış yeni reallıqla artıq barışmalıdır. Onun tərəfindən hər hansı bir revanşist addım böyük ağılsızlıqdır”.

Gunaz.tv Quote | Gunaz article

Bunu Marneulidə “Lider Media” təşkilatının keçirdiyi “İkinci Qarabağ müharibəsinin regiona iqtisadi və siyasi təsirləri” mövzusunda müzakirələrdə çıxış edən hərbi ekspert Nika Çitadze deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı hər hansı bir hərbi əməliyyat aparmasına insan və maddi resursları yoxdur: “Ermənistan sülhdə maraqlı olmalı və qonşuları ilə münasibətləri qaydaya salmalıdır. Bu ölkə Azərbaycan və Türkiyə ilə iqtisadi bağlar quraraq böyük faydalar əldə edə bilər. Sülh müqaviləsinin imzalanmasında ilk növbədə Ermənistan maraqlı olmalıdır”.

N.Çitadzenin fikrincə, Azərbaycan və Ermənistanın mövqelərinin yaxınlaşmasına iqtisadi layihələrdə iştirakla başlamaq mümkündür: “Ermənistan Gürcüstan, Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə qoşula və iqtisadi mənfəətlər qazana bilər.

Ermənistan nəhayət dərk etməlidir ki, əməkdaşlıq münaqişə etməkdən daha yaxşıdır. Bu ölkə ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığına hörmətlə yanaşmalıdır”.

Digər ekspert Levan Çxeidze öz növbəsində deyib ki, II Qarabağ müharibəsi Ermənistan üçün fəlakətli nəticələrlə yekunlaşıb: “Ermənistan tərəfi böyük itkilər verdi və iqtisadi çətinliklərlə üz-üzə qaldı. Bundan başqa, bu ölkə böyük mənəvi zərbə də aldı”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və onun ərazi bütövlüyünü tanımalıdır: “Ermənistan uzun illərdir regiondakı əhəmiyyətli layihələrdən kənarda qalıb və indi yaranmış iqtisadi əməkdaşlıq imkanlarından yararlanmaq şansını qaçırmamalıdır”.

Müzakirələrdə iştirak edən tarixçi, professor Omar Ardaşeliya isə deyib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün apardığı müharibədə qələbini şərtləndirən əsas amillərdən biri də onun beynəlxalq arenadakı çox aktiv fəaliyyəti oldu: “Müharibədə zəfəri yalnız güc hesabına əldə etmək mümkün deyil. Azərbaycan bütün səviyyələrdə mövqelərini möhkəmləndirmək üçün davamlı işlər apardı”.

O həmçinin qeyd edib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçi kimi çıxış etmək üçün güclü mövqeyə sahib olmalıdır: “Gürcüstan mediator kimi güclənməli və daha sonra tərəflərə dialoq platforması təklif etməlidir”. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlanıb - RƏSMİ

2021-12-04

gun az article

Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib

2021-12-04

gun az article

İranlı axund: “Su probleminin həlli Allahın əlindədir”

2021-12-04

gun az article

Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzalayıb

2021-12-04

gun az article

İranlı deputat İsfahanda su qıtlığına qarşı etiraz edən əkinçilərə odlu silahlardan atəş açılmasını dəstəkləyib

2021-12-04

gun az article

Zəngilanda tikilən “Ağıllı kənd”in sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq

2021-12-04

gun az article

Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb

2021-12-04

gun az article

Ali Radanın spikeri: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

2021-12-04

gun az article

İsfahan etirazlarında iştirak edən fəal həbs edilib

2021-12-04

gun az article

Cozef Bayden: "Rusiyanın “qırmızı xətt"ini” qəbul etməyəcəyik”

2021-12-04

gun az article

Emmanel Makron: “İranla danışıqlarda hər hansı bir irəliləyiş olmayıb”

2021-12-04

gun az article

Fuad Muradov Londondakı Azərbaycan icması ilə görüşüb

2021-12-04

gun az article

“İrəvan Xanlığının Regional Mətbəxi” kulinariya kitabı “Dünyanın ən yaxşı nəşri” seçilib

2021-12-04

gun az article

Blinken: “Belə görünür ki, İran qarşılıqlı olaraq nüvə razılaşmasının şərtlərinin icrasına qayıtmaqda ciddi deyil”

2021-12-04

gun az article

Ərdoğan Rusiyanın Qarabağda “tək hakim” olmasından narahatdır

2021-12-04

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 265 milyona çatır

2021-12-04

gun az article

Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi

2021-12-03

gun az article

QHT Agentliyi qrant müsabiqəsi elan etdi

2021-12-03

gun az article

Helikopter qəzasında həlak olan sərhədçilərə şəhid statusu verilib

2021-12-03

gun az article

DİN Zəngilanın “Ağalı” kəndinə köçəcək sakinlərə müraciət edib

2021-12-03