SON XƏBƏRLƏR

Ərdəbil əyalətinin su və kanalizasiya xətləri köhnədir

2022.01.27, 11:21
Ərdəbil əyalətinin su və kanalizasiya xətləri köhnədir

Gunaz.tv

Ərdəbil əyalətinin Su və Kanalizasiya Şirkətinin başçısı Əlirza Nemət Sultani əyalətin əksər bölgələrində su və kanalizasiya xətlərinin əksəriyyətinin köhnəldiyini və onların yenilənməsi üçün büdcə olmadığını deyib.

O, xüsusilə kiçik şəhər və kəndlərdə bu problemin daha ciddi hiss olunduğunu deyərək, əlaqədar qurumlardan məsələni diqqətdə saxlamalarını istəyib.

Ərdəbil əyalətində içməli su qıtlığının yaşandığını, bunun qarşıdakı isti aylarda böhrana çevriləcəyi ilə bağlı proqnozlarını bird aha təkrar edib və əhalinin su təminatı üçün yeni layihələrin həyata keçirilməsinə ehtiyac olduğunu bildirib.

Nemət Sultani əyalət kəndlərinin su təminatı ilə bağlı layihələrə toplam 670 milyard tümən vəsait nəzərdə tutulduğunu, ancaq bu məbləğin yalnız 81 milyar tüməninin ödənildiyini qeyd edib.

Qeyd edək ki, Ərdəbil yalətində su və kanalizasiya xətlərinin az olması bölgə əhalisinin əsas problemlərindən biri sayılır.

Bir neçə həftə bundan öncə Ərdəbilin Şəhər Şurasının mədəniyyət komissiyasının başçısı Səlamət Səfəri sakinlərin kanalizasiya və nəqliyyat parkının durumundan narazı olduqlarını söyləyib.

“Əhalinin əsas tələblərdən biri Ərdəbil şəhərinin kanalizasiya sisteminin yenilənməsi və genişləndirilməsidir.

Ərdəbilin parlamentdəki nümayəndələri bunun reallaşması ilə bağlı lazimi büdcənin əldə edilməsi istiqamətində addımlar atmalıdırlar”-deyə, komissiyanın başçısı bildirib.

C.E
 

فوریت مدیریت مصرف آب برای گذر از تنش آبی تابستان در اردبیل - خبرگزاری مهر |  اخبار ایران و جهان | Mehr News Agency

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar