SON XƏBƏRLƏR

Türkiyə lideri: "Yeni antiterror əməliyyatına başlaya bilərik"

2022.07.01, 09:56
Türkiyə lideri: "Yeni antiterror əməliyyatına başlaya bilərik"

Gunaz.tv

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Məlumdur ki, bir tərəfdən İraqın şimalındakı əməliyyatlar, digər tərəfdən isə Suriyanın şimalındakı əməliyyatlarımız davam edir. Afrində də işlər görürük. Əlbəttə, şəhidlərimiz də olur, amma hər şəhid qarşılığında 10 terrorçu məhv edilir. İndi də hərəkat davam edir. 

Amma, əlbəttə, indiyədək görülən işlərdən daha çox gözləntilər var. Bunu bilirəm. 

Bir az səbrli olsaq, indi həyata keçirdiyimiz əməliyyatların fövqündə bir əməliyyata da tam zamanında başlaya bilərik”, - dövlət başçısı vurğulayıb. (report.az)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar