SON XƏBƏRLƏR

Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilib

2022.03.12, 05:53
Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilib

Gunaz.tv

Ölkə üzrə ümumilikdə 2577 seçki məntəqəsi yaradılıb.

Səsvermə saat 19:00-dək keçiriləcək.

Mərkəzi Seçki Komissiyasında Türkmənistan prezidenti postuna ümumilikdə 9 namizəd qeydə alınıb. Üç namizəd siyasi partiyalar, altı namizəd isə vətəndaşların təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Siyasi ekspertlər hazırkı prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu Serdar Berdiməhəmmədovun yeni dövlət başçısı seçiləcəyinə şübhə etmirlər.

Bu ölkədə anadan olmuş, yaşı 40-dan aşağı olmayan, dövlət dilini bilən, son on beş ildə ölkədə daimi yaşayan və işləyən vətəndaşı Türkmənistanın prezidenti seçilə bilər.

Türkmənistan prezidenti birbaşa xalq tərəfindən yeddi il müddətinə seçilir və and içdiyi andan səlahiyyətlərinin icrasına başlayır.

Türkmənistanda sonuncu dəfə prezident seçkiləri 2017-ci ildə keçirilib.

Xatırladaq ki, Türkmənistan prezidenti, parlamentin yuxarı palatasının (Halk Maslahatı) sədri Qurbanqulu Berdiməhəmmədov bir müddət öncə bildirib ki, gənc liderlər üçün dövlət idarəçiliyinə yolları açılmalıdır. 

Bundan sonra parlamentin aşağı palatası (Məclis) Türkmənistanda prezident seçkilərinin 2022-ci il martın 12-nə təyin olunması haqqında qərar qəbul edib.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar