SON XƏBƏRLƏR

"Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir"- Urmuda etiraz aksiyası başlayıb-VİDEO

2022.07.16, 14:31
"Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir"- Urmuda etiraz aksiyası başlayıb-VİDEO

Gunaz.tv

Aksiyanın baş tutmasının qarşısını almaq üçün şəhərin mərkəzi küçə və meydanlarına çox sayda texnika və xüsusi təyinatlı qüvvələr gətirilib.

Bununla yanaşı şəhərin bir çox yerlərində, xüsusilə mərkəzi küçələrdə internet və telefon xidmətləri məhdudlaşdırılıb.

Etirazçılar aksiyanı dağıtmaq üçün mərkəzə gətirilən məmurlara və hökumət məsullarına qarşı "bişərəf, bişərəf" şüarları səsləndirirlər.

Bununla yanaşı aksiyaçılar "Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir" şüarları verirlər.

 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar