Urmulu fəallar Şəhər Şurası üzvlərinə xəbərdarlıq edib

09.05.2022, 12:47

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin milli-mədəni fəalları Şəhər Şurasının 8 türk üzvü ilə görüş keçirib və onlardan şuranın türk üzvlərinin birliyini qoruyub saxlamağa çalışmalarını istəyiblər.

Gunaz.tv Quote | Gunaz article

"Birlik Səsi" koalisiyası adı ilə keçirilən toplantıda fəallar Qərbi Azərbaycan əyalətinə qarşı torpaq iddiaları barədə xəbərdarlıq edib, bunun qarşısının alınması üçün birgə hərəkət etməyin vacibliyini bildiriblər.

Onlar bildirib ki, indiki həssas mərhələdə Şəhər Şurasının türk üzvləri arasında birlik qorunmasa bundan sonra onlara dəstək verilməyəcək.

Toplantıda Şəhər Şurasının üzvləri, Urmu şəhərinin İran parlamentindəki millət vəkili Salman Zakir və milli-mədəni fəallar çıxış ediblər.

Bir neçə gün bundan öncə Qərbi Azərbaycan əyalətinin məhkəmə sisteminin başçısı Nasir Ətəbati korrupsiya ittihamı ilə  Urmu şəhər bələdiyyəsinin 84 üzvünə qarşı cinayət işi açıldığını və Şəhər Şurası üzvlərinin 5-nin səlahiyyətlərinin dondurulduğunu bildirib.

Qeyd edək ki, Urmu Şəhər Şurasının 11 üzvündən yalnız ikisi kürddür və alternativ şəxsin şuraya qəbul ediləcəyi təqdirdə onların sayı üçə çatacaq. 

Bir sıra yerli sosial media istifadəçiləri sosial şəbəkələrdə paylaşım edərək Şəhər Şurasında baş verən dəyişiklikləri hökumətin Qərbi Azərbaycanda türklərə qarşı həyata keçirmək istədiyi planlarının tərkib hissəsi olduğunu yazıblar. 

Timur
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social