Şərqi Azərbaycan əhalisi sürətlə qocalır- "Gənclər yoxsulluqdan ailə qura bilmir"-Valinin müavini

08.02.2022, 14:10

Şərqi Azərbaycan əhalisi sürətlə qocalır. Bu barədə Şərqi Azərbaycan əyaləti valisinin ictimai-siyasi və təhlükəsizlik işləri üzrə müavini Turab Məhəmmədi açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

Turab Məhəmmədi qocalma prosesinin təhlükəli səviyyədə sürətləndiyini deyib.

O, bildirib ki, çox uşaqlılıqdan imtina etməyin acı nəticələri artıq üzə çıxmaqdadır.

Turab Məhəmmədinin fikrincə ailələrdə az uşaq dünyaya gətirmə artıq ənənəyə çevrilib və bunun dəyişdirilməsi çətindir.

Məhəmmədi cəmiyyətdə iqtisadi çətinliklər ucbatından ailə qurmaq və uşaq dünyaya gətirmə istəyinin azaldığını vurğulayıb.

Valinin müavini cəmiyyətdə az uşaqlılığa üstünlük verilməsinin səbəbini sosial rifah səviyyəsinin yüksəlməsi ilə bağlı olduğunu iddia edib və bu sahədə strateji proqramların hazırlanmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, uzun illərdir İranda iqtisadi problemlər, yoxsulluq və işsizlik səbəbindən ailə quran cütlüklərin sayında azalma qeydə alınıb.

Boşanan cütlüklər isə artıb. 

Gənclər iş təminatı olmadığı üçün ailə qurmaqdan imtina edir, ailələr isə uşaq dünyaya gətirməkdən çəkinirlər. 

Bundan öncə də bir sıra rəsmilər və mütəxəssislər həyəcan təbili çalaraq ölkədə əhalinin qocalma prosesinin sürətləndiyini bildirib.

Onlar hökuməti gənclərin ailə qurmasına dəstək üçün stimullaşdırıcı addımlar atmağa çağırıblar.  

 

سالمندی زنگ خطری برای جمعیت آذربایجان‌شرقی است

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın əhəmiyyətli iqtisadi müəssisələrinə haker hücumu olub

2022-06-27

gun az article

Conson: "Ukraynanın cənub-şərqində vəziyyət çox çətin olaraq qalır”

2022-06-27

gun az article

ABŞ Rusiyaya dəstək verən şirkətlərə sanksiyalar tətbiq edəcək –Ağ Ev

2022-06-27

gun az article

İlham Əliyev: "Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir"

2022-06-27

gun az article

Prezident İlham Əliyev: “İşğal dövründə Ermənistan bir milyondan artıq mina basdırıb”

2022-06-27

gun az article

Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis ediləcək

2022-06-27

gun az article

İran təhlükəsinə qarşı Amerika, İsrail və ərəb ölkələrinin "gizli görüşü" baş tutub

2022-06-27

gun az article

Azərbaycan Prezidentinə Kəlbəcərin baş planı təqdim edilib

2022-06-27

gun az article

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb –Baş nazir açıqladı

2022-06-27

gun az article

“Qarabağ azad edilib, hazırda Ermənistanla normallaşma prosesi gedir” –İbrahim Kalın

2022-06-27

gun az article

“Prezident Şuşa əməliyyatında artilleriya atəşini qadağan etmişdi” –Zakir Həsənov detalları açıqladı

2022-06-27

gun az article

“Bloomberg”: Rusiyada son bir əsrdə ilk defolt elan edib

2022-06-27

gun az article

Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstan nazirlərinin I üçtərəfli toplantısı keçirilir

2022-06-27

gun az article

İranda daha iki bəhai həbs edilib

2022-06-27

gun az article

İraqın baş naziri Tehranda İbrahim Rəisi ilə görüşüb

2022-06-27

gun az article

Kərəc zindanında məhkum intihar edib

2022-06-26

gun az article

İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib

2022-06-26

gun az article

Mövlud Çavuşoğlu Bakıya gəlib

2022-06-26

gun az article

Amerikada İran əsilli pilot casusluğa görə məhkum edilib

2022-06-26

gun az article

İranda oğurluq kəskin artıb

2022-06-26