Ruhanidən iddia: "Koronavirusun ölkədə yayılmasını 1 gün belə gecikdirmədən xalqa bəyan etdik"

18.03.2020, 13:33

GünAz TV: İran prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında ölkədə koronavirusun yayılması məsələsindən danışıb.

 

O iddia edib ki, hökumət koronavirusun İranda yayılmasını ilk gündən, 1 an belə gecikdirmədən xalqa bəyan edib.

 

Ruhani epidemiyanın ölkəni cənginə aldığı vaxtda xalqın qida və dərman preparatları ilə təmin edilməsini London, Berlin və Paris kimi şəhərlərlə müqayisə edib və Tehranın bu baxımdan həmin şəhərləri "üstələdiyini" deyib.

 

Ruhaninin iddialarına baxmayaraq, koronavirusun İranda yayılması ilə bağlı xəbərlər yanvar ayının ortalarından yayılırdı. Lakin hər dəfə hökumət bu faktları təkzib edirdi. Fevralın 19-da iki Qum sakininin ölməsindən sonra İran hökuməti onların ölüm səbəbinin koronavirus olduğunu açıqlamağa məcbur olmuşdu. Bundan sonra ölkədə maska, spirt, dərman və digər tibbi ləvazimatların çatışmazlığı baxımından ciddi böhran yaşanır. Bir çox bölgələrdən, xüsusilə Gilan əyalətindən yayılan xəbərlərdə xəstəxanalarda çarpayı, dərman və tibbi personal üçün lazım olan digər vasitələrin çatışmadığı qeyd edilir. Eləcə də, ötən gün Səhiyyə naziri Səid Nəməki prezident Həsən Ruhaniyə ünvanladığı məktubda bu xüsusa toxunub, lazım olan tibbi ləvazimatları əldə etmək üçün təcili olaraq 250 milyon avroya ehtiyac duyduqlarını bildirib.

 

Həsən Ruhani çıxışı zamanı müxtəlif beynəlxalq media orqanlarında İranda koronavirus qurbanları ilə bağlı yayılan xəbərləri tənqid edib və onları "əsassız" adlandırıb. O, həmçinin Gilan əyalətində yerləşən xəstəxanalarda olan çarpayıların 20%-nin "boş olduğunu" və yer çatışmazlığı ilə bağlı yayılan xəbərlərin "həqiqəti əks etdirmədiyini" deyib.

 

Xatırladaq ki, martın 7-də İran Səhiyyə nazirinin Gilan əyalətində səlahiyyətli nümayəndəsi Məhəmmədhüseyn Qurbani bölgədə xəstəxanalarda yer çatışmazlığı, eləcə də dərman və tibbi ləvazimatların qıtlığını bəyan etmişdi. O, xəstəxanada yer çatışmazlığının aradan qaldırılması üçün əyalətdə “Sepah” və ordu tərəfindən səyyar klinikaların qurulacağını bildirmişdi.

 

Həsən Ruhani sonda ötən aylar ərzində fəhlələr, müəllimlər, pensionerlər və əhalinin digər təbəqələrinin kasıblıq, işsizlik, eləcə də əmək haqlarının aşağı olması, verilməməsi və ya gecikdirilməsinə qarşı keçirdiyi etiraz aksiyalarını görməzdən gələrək, ötən 1 il ərzində əmək haqlarını artırdıqlarını və heç vaxt gecikdirmədiklərini iddia edib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18