SON XƏBƏRLƏR

Rusiya Ermənistanla vahid hərbi sistem yaradır

2021.10.20, 07:36
Rusiya Ermənistanla vahid hərbi sistem yaradır

Gunaz.tv
Rusiya Ermənistanla vahid hərbi sistem yaradır moskva.jpg Ermənistanın müdafiə naziri Seyran Ohanyan (Topal Seyran) dünən Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi postunda Baluevskini əvəz edən Nikolay Makarovla görüşüb. Görüş zamanı Rusiya və Ermənistan arasında birləşmiş hərbi sistemin yaradılması və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsilə bağlı müzakirə aparılıb. Topal Seyranın Rusiya səfəri çərçivəsində Kollektiv Təhlükəsizlik Təşkilatının icraçı katibi Nikolay Bordyuja ilə görüşündə isə qurumun "birləşmiş silahlı qüvvələri"nin yaradılması məsələsi müzakirə edilib. Azər Seyran Ohanyanın Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən qısa bir zaman sonra Rusiyaya səfər etməsini, eyni zamanda tarixi himayəçiylə hərbi əməkdaşlığın genişləndiriləcəyi barədə bəyanat verməsini təsadüfi saymaq olmaz. Prezidentlərin görüşü ərəfəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız sülh yolu ilə həll edilə biləcəyi barədə hədələyici açıqlamasından sonra Moskvayla İrəvan arasındakı razılaşdırılmış hərbi-siyasi manevrlərdə müəyyən dəyişikliklərin edilə biləcəyi şübhə doğurmurdu. Çox güman ki, Rusiya-Ermənistan hərbi münasibətlərində nəzərə çarpan yeni (modernləşdirilmiş köhnə) münasibətlərdə təkcə İrəvanın maraqları əsas götürülmür. Ermənistanı "vahid hərbi sistem" layihəsinin gerçəkləşdirmək üçün pilot ölkə seçən Rusiya öncə Cənubi Qafqazda, sonra isə KTMT-nin əhatə etdiyi Mərkəzi Asiyada hərbi mövcudluğunu qoruyub saxlamaq üçün yeni hüquqi status qazanmaq niyyətindədir. Kreml getdikcə daha intensiv şəkildə KTMT-ni NATO ilə "müqayisə etməyə" başlayıb və son bir neçə ay ərzində verilən təkzib xarakterli bəyanatlara baxmayaraq, Rusiya qarşı tərəf olmaq üçün səylərini davam etdirir. Moskva hərbi-siyasi əməkdaşlıq təkliflərini intensivləşdirməklə bu günə kimi yayındırıcı manevrlərə əl atan, balans yaratmaqla vaxt qazanmağa çalışan bəzi postsovet ölkələrini də fakt qarşısında qoymaq istəyir. Ola bilsin ki, Rusiya yaxın zamanlarda müttəfiqləri və tərəfdaşları qarşısında "seçim məsələsi"ni daha imperativ şəkildə qoysun. Təbii ki, bunun üçün Moskva ilk növbədə bəzi postsovet ölkələrinin manevr imkanlarını məhdudlaşdıraq üçün daha əlverişli məqam seçməyə, daha dəqiq desək təzyiq mexanizmlərinin daha qabarıq nəzərə çarması üçün seytnot vəziyyəti yaratmağa çalışacaq. Məhz buna görə də öz strateji seçimini Avroatlantik məkana inteqrasiya üzərində quran ölkələrin bu istiqamətdə daha intensiv addımlar atmasına, təşəbbüskar olmasına ehtiyac duyulur. www.xalqcebhesi.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar