SON XƏBƏRLƏR

Qürvə türkləri etiraz aksiyası keçiriblər

2022.04.15, 14:00
Qürvə türkləri etiraz aksiyası keçiriblər

Gunaz.tv

İranın Kürdüstan əyalətinin Qürvə bölgəsində yaşayan türk fermerlər etiraz aksiyası keçirərək onlara məxsus əkin torpaqlarının mənimsənilməsindən narazılıqlarını bildiriblər.

Etirazçılar, başqa istifadəsiz yerlərin olmasına baxmayaraq əkin sahələrində polad zavodunun tikintisinə başlanılmasını yüzlərlə ailənin işsiz qalması və məcburi mühacirətə sövq edilməsi kimi dəyərləndirirlər.

“Zavod tikintisi ilə məşğul olan şirkətin Təbii Sərvətlər Nazirliyindən aldığı icazə yerli əhalinin etirazları və məhkəməyə müraciəti nətcəsində Sənəndəc məhkəməsinin 7-ci bölməsi tərəfindən ləğv edildi.

Ancaq yenidən hansısa səlahiyyətlilərin yardımı ilə şirkət yenidən bölgəyə ağır texnika gətirib və əhalinin məhsul olan əkin torpaqlarını şumladılar”-deyə, Qürvə türkləri bildiriblər.

Qeyd edək ki, hazırda Kürdüstan əyalətinin tərkibində olan Qürvə 1958-ci ildə Azərbaycandan ayrılaraq o vaxt yaradılan Sənəndəc əyalətinin inzibati ərazi bölgüsünə salınıb. 

content_image_1650008532.jpg

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar