SON XƏBƏRLƏR

“Sepah”ın daha 1 komandiri Suriya savaşında həlak olub

2021.10.20, 07:36
“Sepah”ın daha 1 komandiri Suriya savaşında həlak olub

Gunaz.tv

GünAzTV: “Sepah”ın daha 1 komandiri, 31 yaşlı Məhəmməd Məafi Suriyada gedən savaşda həlak olub.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl İranın Əlbürz əyalətindən Suriyaya göndərilmiş “Sepah” komandiri, yanvarın 20-də bu ölkənin “Deyr əl Zur” əyalətinin Əbu Kəmal bölgəsində müxalif qüvvələrə qarşı keçirilən hərbi əməliyyatda öldürülüb.

 

Cənazəsi ölkəyə gətirilmiş “Sepah”çı, yanvarın 22-də Mazandaran əyalətinin Neka şəhərində torpağa tapşırılıb.

 

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanlar arasında “Sepah”ın onlarla komandiri də var.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar