SON XƏBƏRLƏR

Sergey Lavrov: “ABŞ-la raket hücumundan müdafiə məsələləri üzrə danışıqlarda irəliləyiş yoxdur”

2021.10.20, 07:36
Sergey Lavrov: “ABŞ-la raket hücumundan müdafiə məsələləri üzrə danışıqlarda irəliləyiş yoxdur”

Gunaz.tv
Sergey Lavrov: “ABŞ-la raket hücumundan müdafiə məsələləri üzrə danışıqlarda irəliləyiş yoxdur” Bakı. Laçın Sultanova-APA. “Rusiya ilə ABŞ arasında raket hücumundan müdafiə məsələləri üzrə danışıqlarda tərəqqi yoxdur”. APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. Onun sözlərinə görə, ABŞ İrandan gözlənilən təhlükə bəhanəsi ilə Polşada 10 antiraket sistemi, Çexiyada isə hava hücumundan müdafiə radarı quraşdırmaq istəyir. “Rusiya bu sistemlərin ölkənin təhlükəsizliyinə problem yaradacağından ehtiyatlanır. Bu məsələ ilə bağlı dialoqda irəliləyiş yoxdur, hər yeni dialoq göstərir ki, edilmiş təkliflər az inandırıcıdır”. apa ------------------------------------------------------------------- 2030-cu ildə dünyada atom elektrik stansiyalarının sayı 60 faiz artacaq Bakı. Ülviyyə Əliyeva - APA. 2030-cu ildə dünyada atom elektrik stansiyalarının sayı indikindən 60 faiz çox olacaq. APA-nın məlumatına görə, bu bəyanatla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktor müavini Yuri Sokolov Cənubi Koreyada atom enerjisi istehsalının 30 illiyi ilə bağlı mərasimdə çıxış edib. Y. Sokolov qeyd edib ki, bu gün dünyada 440 atom elektrik stansiyası mövcuddur ki, onlardan 103-ü ABŞ-da, 59-u Fransada, 55-i Yaponiyada, 31-i isə Rusiyada fəaliyyət göstərir. İnkişaf etməkdə olan ölkələrdə isə hazırda 30 reaktor tikilməkdədir. Qeyd edək ki, müasir dövrdə dünyada hasil olan enerjinin 16 faizi AES-lərin payına düşür. Fransada bu göstərici 78, Yaponiyada isə cəmi 2 faiz təşkil edir. AEBA nümayəndəsi bildirib ki, enerji asılılığının artması ilə bağlı Asiya ölkələri hazırda alternativ enerji axtarışı ilə daha çox maraqlanırlar. Məhz bu səbəbdən də AES-lərin tikintisinə daha çox meyl edirlər: “Lakin ölkələr bunu təhlükəsiz yolla etməlidirlər. Nüvə qurğuları təhlükəsiz istismar olmalı, nüvə materialları isə etibarlı saxlanılmalıdır”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar