SON XƏBƏRLƏR

İsfahanda gərginlik: Polis qüvvələri Xacu körpüsünə gedən bütün yolları bağlayıb

2021.12.03, 13:50
İsfahanda gərginlik: Polis qüvvələri Xacu körpüsünə gedən bütün yolları bağlayıb

Gunaz.tv

Yayılan məlumata əsasən, əkinçilərin və digər dinc etirazçıların qurudulmuş Zayəndərud ətrafında və Xacu körpüsü ətrafında toplanmasının qarşısı almaq üçün əvvəlcədən bölgəyə göndərimiş polis və mülki geymli təhlükəsizlik qüvvələri yol polisi ilə birlikdə Xacu körpüsünə gedən bütün yolları bağlayıblar. 

Sosial şəbəkələrdə xalqa edilən çağırışda onlardan hökumətin cümə günləri keçirdiyi ənənəvi namaz mərasimini boykot edərək rejim tərəfindən qurudulmuş Zayəndərud çayı ətrafında birlikdə ayrıca namaz qılmaları tələb edilsə də, hökumət qüvvələri əkinçilərin çay ətrafında toplanmasına və onların ayrıca namaz qılmasına mane olub.

Yayılan son məlumatlara görə hazırda İsfahan şəhərinin müxtəlif küçə və meydanlarında polis rejiminin hökm sürməsinə baxmayaraq, şəhərdə pərakəndə şəkildə dinc etiraz aksiyaları keçirir.

İsfahanda bu gün keçirilən aksiyalarda rejim qüvvələri tərəfindən həbslərin həyata keçirilib-keçirilmədi barədə hələlik hər hansı bir məlumat yayılmayıb. 

Xatırladaq ki, noyabrın 26-da və sonrakı günlərdə İranın İsfahan şəhərində əkinçilərin susuzluğa görə rejimə qarşı keçirdiyi dinc etirazlarda ən azı 214 nəfər həbs edilib, 3 əkinçi başından aldığı polis dəyənəyi zərbəsindən həyatını itirib.

Həmçinin repressiv polis, “Bəsic” qüvvələrinin yaxın məsafədən etirazçı fermerlərə saçma tüfənglərdən açdığı atəş nəticəsində ən azı 30 nəfər gözündən xəsarət alıb, bəziləri isə bir və ya hər iki gözdən kor olublar. İki gözdən kor olanlardan biri isə 15 yaşlı bir yeniyetmədir.

gun az article

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar