Son dəqiqə- Amerika Xamneyi və 8 “Sepah” komandanına qarşı sanksiya tətbiq edib, cari həftə Zərif də bu siyahıya əlavə ediləcək

24.06.2019, 21:59

GünAz TV: Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp “Sepah”-ın ABŞ-a məxsus pilotsuz uçan aparatı vurmasına cavab olaraq İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.

 

Yeni fərmana əsasən, bu sanksiyalar İranın “dini lideri” Əli Xamneyi və onun başçılıq etdiyi qurumun işçilərinə də şamil olunacaq.

 

Tramp fərmanla bağlı qeyd edib ki, İranın rəhbərləri rejimin düşmənçilik rəftarlarına görə əsas məsuliyyət daşıyan şəxslər olaraq yeni sanksiyalardan kənarda qalmayacaqlar və ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

 

Qərara əsasən, yeni sanksiyalar Xamneyinin özü, onun işçiləri və yaxın ətrafına şamil ediləcək, onlara axan maliyyə vəsaitlərinin qarşısını alacaq.

 

Digər tərəfdən, Amerikanın Maliyyə Naziri Steven Mnuçin yeni sanksiyaların İranın milyardlarla dollar civarında aktivlərini donduracağını bəyan edib.

 

O, həmçinin İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifə qarşı da cari həftədə sanksiyaların qəbul ediləcəyini bildirib.

 

Maliyyə Nazirinin açıqlamasında qeyd edilir ki, yeni sanksiyalara “Sepah” terror təşkilatının 8 komandanı da tuş gəlib. Onların sırasında “Sepah”ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur, Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri, Hava-Kosmik Qüvvələrin komandanı Əmir Əli Hacızadə də var.

 

Mnuçinin sözlərinə görə, ölkəsi yeni sanksiyalarla bağlı heç bir müttəfiqi ilə məsləhətləşmələr aparmayıb və bu sanksiyalar paketi PUA-nın vurulmasından öncə, İranın digər təxribatçı hücumlarına görə hazırlanıb.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

XİN Laçın yolu ilə bağlı bəyanat yaydı –"Sərhəd-keçid məntəqəsi yaradılmalıdır"

2023-03-25

gun az article

XİN sözçüsü: Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb

2023-03-25

gun az article

"Hərbçilərin sayı artırılmalıdır"-Medvedev

2023-03-25

gun az article

“Havadarları Ermənistanı müharibəyə təhrik edir”-Politoloq

2023-03-25

gun az article

İran tarixdə ən uzun inflyasiya dövrünü yaşayır

2023-03-25

gun az article

İran Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə hazırlaşır

2023-03-25

gun az article

İsrail və İngiltərə baş nazirləri arasında İranla bağlı danışıq olub

2023-03-25

gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24