SON XƏBƏRLƏR

Sonuncu Amerika əsgəri Bağdadı tərk etdi

2021.10.20, 07:36
Sonuncu Amerika əsgəri Bağdadı tərk etdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İraq təhlükəsizlik qüvvələrinin Əl-Nəcəf şəhərində paradı, Sevinc Hüseynzadə Amerika qoşunlarının İraq şəhərlərindən çıxarılması iyunun 30-da başa çatdırılmalıdır. Ölkələr arası təhlükəsizlik müqaviləsinə görə bütün xarici qüvvələr İraqı 2012-ci ilədək tərk etməlidir. İraq qüvvələri ölkə boyunca şəhər və qəsəbələrdə nəzarəti ələ alıb. Amerika ordusunun İraqa müdaxiləsindən 6 il sonra ABŞ qüvvələri şəhərləri tərk etməyə başlayıb. İyunun 29-da iraqlılar ABŞ əsgərlərinin şəhərlərindən çıxmasını təntənə ilə qeyd ediblər. İraqın Xarici İşlər naziri Hoşiyar Zebari İraq qüvvələrinin ölkədə təhlükəsizliyi təmin edə biləcəyinə inandığını deyib. ABŞ hərbçiləri İraqdan tamamilə 2011-ci ilin sonunadək çıxmalıdır. Yalnız təlim və məşvərətçilərdən ibarət kiçik bir qrup şəhərlərdə qalacaq. Bu ay İraqda partlayışlar zamanı azı 200 nəfər ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar