SON XƏBƏRLƏR

Soydaşlarımız Sürixin mərkəzində çadır qurub

2021.10.20, 07:36
Soydaşlarımız Sürixin mərkəzində çadır qurub

Gunaz.tv
Soydaşlarımız Sürixin mərkəzində çadır qurub 3cu.jpg Güney Azərbaycan problemlərini dünyaya çatdırmaq məqsədilə xarici ölkələrdə keçiriləcək silsilə tədbirlərə start verilib. Bu qəbildən ilk tədbir İsveçrədə yaşayan soydaşlarımızın təşkilatçılığı ilə Zürix şəhərində baş tutub. Şəhərin mərkəzi küçəsində çadır qurulub və tədbir təşkilatçıları, bu ölkədə yaşayan soydaşlarımız Güney Azərbaycanın problemlərini əks etdirən broşurlar, həbs edilən milli fəalların işgəncələrə məruz qaldığını göstərən fotoşəkilləri paylayıb. Çadırdakı sərgi ilə tanış olanlar arasında isveçrəlilərlə yanaşı Amerika, Kanada, Yaponiya, Çin vətəndaşları da olub. Tədbir iştirakçıları azərbaycanlıların İran adlanan ölkədə nəinki hüquqlarının pozulmasından, hətta həmin ölkədə yaşamalarından xəbərsiz olduqlarını bildiriblər. Sürixdə bu qəbildən ikinci tədbir avqustun 2-də keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar