SON XƏBƏRLƏR

Soyqırımı iddiasını çürüdən bir sənəd də Moskvada tapıldı

2021.10.20, 07:36
Soyqırımı iddiasını çürüdən bir sənəd də Moskvada tapıldı

Gunaz.tv
Soyqırımı iddiasını çürüdən bir sənəd də Moskvada tapıldı 4267.jpg Sənəddə: “Ermənilərin göstərdiyi ölənlərin sayı düzgün deyil”. Moskvadakı Rusiya Hərb Tarixi Dövlət Arxivində araşdırma aparan İstanbul Universitetinin əməkdaşı Mehmet Perincek Çar Rusiyasının generalı Olxo Vitinovun 11 dekabr 1915-ci ildə mərkəzi qərargaha göndərdiyi 65 səhifəlik raportunu tapıb. Rus general həmin raportda: “Erməni birlikləri irqçi duyğularla müsəlman xalqa qarşı vəhşi qırğınlara başladı” yazır. I Dünya müharibəsi zamanı Qafqaz cəbhəsində olan general Leonid Olxo Vitinovun bu məktubu erməni soyqırımı iddiasını ifşa edən çox önəmli bir sənəddir və bu sənəd ermənilərin hələ XIX əsrin sonlarından başlayaraq nə qədər məkrli siyasət yürütdüklərini, Osmanlı dövlətinə və müsəlmanlara qarşı düşmənçilik münasibəti bəslədiklərini, qırğınlar törətdiklərini ortaya qoyur. “Hürriyyət” qəzetinin xəbərinə görə, Mehmet Perincek 11 dekabr 1915-ci ildə Rusiya mərkəzi qərargahına göndərilən 65 səhifəlik sənədin: “Gerçək vəziyyət: düzəliş” adlandırıldığını yazır. Onu da xatırladaq ki, daşnak partiyasının “Qafqaz cəbhəsində könüllü erməni dəstələrinin fəaliyyəti” başlıqlı bir məktubunun rus çarına çatdırılmasından iki ay sonra yazılan bu raportun hələ əvvəlində ermənilərin məktubundakı məlumatların “siyasi xarakter” daşıdığı bildirilir, real vəziyyətin o məktubda deyildiyindən fərqli olduğu söylənilir və bölgədəki əsl vəziyyət xarakterizə edilir. Bölgədə baş verən hadisələrə “erməni problemi kimi adlandırılan məsələ” ifadəsini uyğun görən rus generalı Osmanlı dövləti içərisində sevilməyən ünsür hala gəlmələrində ermənilərin özünü günahkar hesab edir. Sənəddə: “Ermənilərin göstərdiyi ölənlərin sayı düzgün deyil. Daşnak partiyası hazırladığı sənədlərdə öldürülənlərin sayını davamlı şəkildə şişirdir və onların bu işinin siyasi məqsəd daşıdığı da kimsədə şübhə doğurmur. Bu qırğınların səbəbkarı da, qırğını təşkil edənlər də ermənilərinin özüdür” sözləri yer alır. İngiltərə körüklədi Osmanlı dövlətində baş verən 1915-ci il hadisələrindən hələ xeyli əvvəl 1890-cı illərdə xarici güclər tərəfindən ermənilərin yerli hökumətə qarşı körükləndiyini yazan Bolxovitinov: “Xüsusilə də İngiltərə Osmanlı dövləti ilə çar Rusiyası arasında ittifaq qurulmaması, Orta Şərqdə yeni güc mərkəzinin meydana çıxmaması üçün ölkənin cənubundakı erməniləri ayağa qaldıraraq qarışıqlıq salmışlar. Buna qədər türklər, ermənilər və kürdlər ölkədə əmin-amanlıq içində yaşayırdılar. Hətta bölgədəki ermənilərin həyat şəraiti kürdlərdən və türklərdən xeyli yaxşı idi” yazır. General sözünə belə davam edir: “Rusiya Osmanlı dövləti içindəki erməni məsələsini ilkin mərhələdə kənardan izləməklə kifayətlənmişdir. Ancaq əvvəlcə Almaniyanın, 3 ay sonra isə Osmanlı dövlətinin Rusiyaya müharibə elan etməsi ilə imperatorumuzun Osmanlıya münasibəti dəyişdi. Məhz bundan sonra erməni dəstələrindən yerli xalqa qarşı istifadə qərarı qəbul edildi. Onsuz da artıq bu illərdə getdikcə zəifləyən Osmanlı dövləti Rusiya üçün potensial müttəfiq olmaq şansını itirmişdi”. Raportdan bəzi çıxarışlar Cəbhədəki rus ordusunun vəziyyətini yoxlayan çar Rusiyasının generalı Bolxovitinov 1915-ci il tarixli sənəddə qərargaha göndərdiyi bəzi təsbitlər belədir: Ermənilərdən istifadə etdilər. “Ermənilərə “müstəqil Ermənistan” fikrini təlqin edən, bu işdə onlara vədlər verən və onları Osmanlı üzərinə qaldıran Avropa diplomatiyasıdır. Bu fikrin yayılmasında xüsusilə erməni diasporundan geniş istifadə edilmiş və onların vasitəsilə Osmanlı dövlətində yaşayan ermənilər üsyana təhrik edilmişdir. Fəda edildilər. Erməni liderləri xülya olan “müstəqil Ermənistan” ideyasına uyaraq erməni xalqını Avropa diplomatiyası üçün fəda etmişlər. Erməni silahlı dəstələri üsyana qalxaraq erməniləri hökumətə qarşı hərəkətə təşviq edir və yerli müsəlman xalqlara qarşı hər cür təcavüzü, qırğını körükləmişdir. Hər kəsə qarşı terror. Erməni təşkilatları öz məqsədlərinə çatmaq üçün terror yolunu seçmişlər. Onlar terroru başqa millətlərə qarşı deyil, öz fikirlərinin əleyhinə çıxan ermənilərə də qarşı həyata keçirmişlər. Erməni könüllü dəstələri Rusiya dövləti ilə uzunmüddətli münasibətlərin əleyhinədir. Rusiyada terror həyata keçirən daşnakların 1914-cü ildə verilən əfvdən faydalanaraq həbsdən azad edilmələri xəta olmuşdur. Amansız qırğınlar. Müharibə zamanı ələ keçirilən bölgələrdə erməni silahlı dəstələri irqçi duyğularla müsəlman xalqa qarşı amansız qırğınlar keçirmiş, cinsinə, yaşına baxmadan insanları məhv etmiş, kütləvi şəkildə qırmış, kəndləri yandırmış, var-dövləti talamışlar. Ermənilər çox amansız davranırlar. Talançı erməni dəstələri bəzən müttəfiq hesab etdikləri rus ordularına qarşı da silah qaldırmışlar. Ona görə də bəzən ruslar ermənilərə qarşı müəyyən tədbirlər görməli olurlar. Dəhşət dəstələri Rus general Leonid Bolxovitinovun raportuna görə, I Dünya müharibəsinə Rusiya tərəfindən qatılan könüllü erməni silahlı dəstələri Anadolu torpaqlarında yerli xalqa qarşı dəhşətli qırğınlar törətmişlər. “Kazar” və “Səpuh” adlı silahlı dəstələr ruslar tərəfindən belə nəzarət altına alına bilmirdi. Düşmənin qələmindən Bu günə qədər rus arxivinin tozlu rəflərində qalan, ancaq tarixi əhəmiyyət daşıyan bu sənədin o dövrdə Osmanlı ilə düşmən olan bir ölkənin yüksək rütbəli zabiti tərəfindən hazırlanması xüsusi önəm kəsb edir. Sənədi hazırlayan rus generalı Bolxovitinov Osmanlı imperatorluğunun Almaniya və Avstriya-Macarıstanla birlikdə İngiltərə, Fransa və Rusiyaya qarşı savaşdığı 1914-18-ci illər arasında Qafqaz cəbhəsində xidmət etmişdir. Yəni Bolxovitinov gördüklərini diplomatik üslubda deyil, bu sənədi məsələyə siyasət qarışdırmadan gördüyü, anladığı kimi qələmə aldığı düşünülür. Uydurma erməni soyqırımı məsələsində ən böyük problem bu cür tarixi sənədlərin azlığıdır. Bir həqiqət də məlum olur ki, bu gün erməni soyqırımını dəstəkləyən dövlətlər o dövrdə Osmanlıya düşmən olmuşlar və erməniləri də üsyana qaldırmışlar. Çara sədaqət andı Mehmet Perincekin əldə etdiyi tarixi fotoda erməni könüllü dəstələri rus çarına sədaqət andı içirlər. Bolxovitinov Qafqaz cəbhəsində Osmanlı ilə savaşarkən hazırladığı sənəddə: “Almaniyadan sonra Osmanlı dövləti də Rusiyaya müharibə elan etməsəydi, çətin idarə olunan erməni dəstələrindən Qafqaz cəbhəsində istifadə etmək fikrinə düşməzdik. Erməni silahlıları savaşdan sonra süngülərini çox asanlıqla bizə qarşı da çevirə bilərlər” yazır. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar