SON XƏBƏRLƏR

Stiven Mənn: “Azərbaycan və Türkmənistan Transxəzər kəməri barədə nə qədər tez razılığa gəlsə, NABUCCO qarşısında baryerlər bir o qədər tez aradan qalxar”

2021.10.20, 07:36
Stiven Mənn: “Azərbaycan və Türkmənistan Transxəzər kəməri barədə nə qədər tez razılığa gəlsə, NABUCCO qarşısında baryerlər bir o qədər tez aradan qalxar”

Gunaz.tv
stivenmenn.jpg Stiven Mənn: “Azərbaycan və Türkmənistan Transxəzər kəməri barədə nə qədər tez razılığa gəlsə, NABUCCO qarşısında baryerlər bir o qədər tez aradan qalxar” Bakı. Tamara Qriqoryeva-APA. “ABŞ heç zaman Xəzərdə hasil olan mavi yanacağın bir molekulunu belə almayacaq, amma Amerikanın uzunmüddətli siyasəti Xəzər regionunun yeni suverenlik əldə etmiş ölkələrinin müstəqilliyini dəstəkləməkdir”. APA-nın məlumatına görə, bu fikirləri “HGV.hu” saytına müsahibəsində ABŞ Dövlət Departamentinin Avrasiya məsələləri üzrə böyük məsləhətçisi Stiven Mənn deyib. Onun sözlərinə görə, 90-cı illərdə region hökumətləri ölkələrinin “Qazprom” və “Transneft”dən asılı olduqlarını qeyd edirdilər: “Həmçinin qaz ABŞ-ın Avropadakı tərəfdaşları üçün lazımdır. Hazırda Nabucco layihəsi üzərində aktiv iş gedir, layihənin texniki dəyərləndirilməsi, konsorsiumun üzvləri dəqiqləşdirilir. “Cənub axını” layihəsində isə bu işlər aparılmır. Bakı artıq Türkiyəyə qaz ixrac edir və prezident Əliyev Avropaya qaz nəql ediləcəyinə söz verib. ABŞ bu ölkələri maksimum qısa zamanda Avropaya qaz nəqlinə başlamağa stimullaşdırmağa çalışır. Biz Azərbaycanın “Şahdəniz” yatağından ikinci fazada qaz hasilatını artırmağa çağırırıq. Biz Azərbaycan hökumətindən xahiş etmişik ki, daha dərin qatlardan qaz hasilatına başlasın”. Stiven Mənn bildirib ki, Azərbaycan və Türkmənistan Transxəzər kəməri ilə bağlı nə qədər tez razılığa gəlsələr, NABUCCO layihəsi qarşısındakı baryerlər bir o qədər tez aşılmış olar: “NABUCCO layihəsi ilə bağlı pozitiv aspekt kimi Türkmənistanın yeni prezidentinin xarici neft şirkətlərinin ölkə ərazisində işləməsinə icazə verməsini göstərmək olar. Bundan başqa NABUCCO kəməri ilə İraq qazını da ixrac etmək mümkündür”. Stiven Mənn ölkəsinin İranla enerji sahəsində hər hansı əməkdaşlığa qarşı olduğunu deyib: “Avropa İsraili məhv etməyə çağıran, terrorçuluğu dəstəkləyən və kütləvi qırğın silahı hazırlamağa çalışan İranla nə üçün əməkdaşlıq etməlidir?” apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar