SON XƏBƏRLƏR

“Stratfor”un eksperti: “Rusiya Dağlıq Qarabağa Cənubi Osetiyaya kimi baxmır”-EKSKLÜZİV

2021.10.20, 07:36
“Stratfor”un eksperti: “Rusiya Dağlıq Qarabağa Cənubi Osetiyaya kimi baxmır”-EKSKLÜZİV

Gunaz.tv
“Stratfor”un eksperti: “Rusiya Dağlıq Qarabağa Cənubi Osetiyaya kimi baxmır”-EKSKLÜZİV kreml.jpg ABŞ-ın Stratfor Araşdırma Mərkəzinin Qafqaz üzrə mütəxəssisi Lauren Qudriç: "Cənubi Osetiyada baş verən hadisələrdən qondarma “Dağlıq Qarabağ”, Dnesteryanı, Abxaziya kimi rejimlər və Rusiyameyilli ukraynalılar faydalanacaqlar" Bakı. Hüsniyyə Həsənova-APA. ABŞ-ın Stratfor Araşdırma Mərkəzinin Qafqaz üzrə mütəxəssisi Lauren Qudriç APA-nın ABŞ bürosuna Gürcüstan və Rusiya arasında başlamış müharibənin regiona təsirini şərh edib. - Cənubi Osetiyada baş verən hadisələr Dağlıq Qarabağ münaqişəsinə necə təsir edə bilər? - Rusiya Gürcüstanda baş verənlərə görə məsuliyyət daşıyır. Lakin Cənubi Osetiyada baş verənlərdən Azərbaycan hökümətinin Dağlıq Qarabağda president kimi necə istifadə edəcəyini bilmirəm. Yaranmış vəziyyət belə diqtə edir ki, bundan sonra Azərbaycan və Ermənistan bu münaqişə ilə bağlı Rusiyanın tam razılığı olmadan heç bir addım atmamalıdır. Rusiya bir daha öz gücünü nümayiş etdirdi, Osetiyada baş verənlərdə çox az sayda qazanan və itirən oldu. Qazananlar qondarma “Dağlıq Qarabağ”, Dnesteryanı, Abxaziya kimi rejimlər, rusiyameyilli ukraynalılardır. Çünki onlar Ruisyanın regionda təhlükəsizliyin qarantı kimi yenidən bərqərar olması ilə fəxr edəcəklər. Uduzanlar isə qərbmeyilli ukraynalılar, Moldova, Baltik ölkələri və Avropadır. - Ruslar təsdiq edirlər ki, onlar Cənubi Osetiyadakı münaqişəyə tam cəlb olunublar. Sizcə, Dağlıq Qarabağda vaziyyət gərginləşsə, ruslar osetinləri dəstəklədikləri kimi erməniləri də dəstəkləyə bilərlər? - Ermənistan və Azərbaycanla bağlı vəziyyət digər münaqişələrdən fərqlənir. Səmimi olaraq deyim ki, Rusiya Dağlıq Qarabağa Cənubi Osetiyaya kimi baxmır. Tam əminliklə bildirirəm ki, ruslar Dağlıq Qarabağa Osetiyada olduğu kimi dəstək verə bilməzlər. Ermənistan isə Rusiyanın razılığı olmadan heç bir addım atmayacaq. Onlar bilirlər ki, ruslarsız bu işə baş vurmaq özünəqəsd kimi bir addımdır. - Rusiyanın digər dövlətin ərazisinə qoşun yeritdiyi məqamda beynəlxalq təşkilatlar bu məsələyə necə reaksiya verməlidir? - Ənənəvi olaraq, BMT, ATƏT kimi böyük təşkilatlar gözəl toplantılar, iclaslar keçirərək, "ciddi bəyanatlar və xəbərdarlıqlar" yayacaqlar. Lakin mən belə məsələlərdə həmin təşkilatların gücünə inanmıram. Rusiya ilə ABŞ bu gün, Çin və Rusiya sabah, Almaniya ilə Rusiya isə bu həftə sonu dövlət başçıları səviyyəsində danışıqlar aparacaq. Məhz bu görüşlər vacibdir və burada ciddi qərarlar qəbul olunacaq .apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar