SON XƏBƏRLƏR

“TALİBAN” DƏSTƏLƏRİ TACİKİSTAN KƏNDİNİ TUTDU

2021.10.20, 07:36
“TALİBAN” DƏSTƏLƏRİ TACİKİSTAN KƏNDİNİ TUTDU

Gunaz.tv
“TALİBAN” DƏSTƏLƏRİ TACİKİSTAN KƏNDİNİ TUTDU Sərhədi keçən yaraqlılarla döyüşdə bir sərhədçi həlak olub 1213.jpg Dünən Əfqanıstandan hücum edən bir qrup “Taliban” yaraqlısı Tacikistanın sərhədyanı Şurabad rayonuna daxil olan kəndlərindən birini ələ keçirib. “Central Asian News” agentliyinin yaydığı xəbərə görə, yaraqlılarla döyüş zamanı bir tacik sərhədçisi həlak olub. Qüvvələr qeyri-bərabər olduğundna sərhədçilər geri çəkiliblər və yaraqlılar kəndi ələ keçirib. Hadisənin digər təfərrüatları haqda məlumat yoxdur. Tacikistan rəsmi mənbələri hələlik xəbəri təsdiqləmir. Bildirilir ki, “Taliban” yaraqlıları dəfələrlə Tacikistan ərazisinə daxil olaraq sərhədyanı kəndlərin sakinlərini oğurlayıblar. Bu yolla onlar həmin sakinlərinin qohumlarının “Taliban”dan alınan narkotikə görə borcunu qaytarmağa cəhd ediblər. Sərhədyanı kəndlərin sakinləri Əfqanıstandakı yaraqlılarla narkotik alveri edir və bu zaman qarşı tərəfin malı nisyə verib pulunu sonra alması halları tez-tez olur. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar