SON XƏBƏRLƏR

Tarixin müqayisəsi və ya müqayisənin tarixi

2021.10.20, 07:36
Tarixin müqayisəsi və ya müqayisənin tarixi

Gunaz.tv
Tarixin müqayisəsi və ya müqayisənin tarixi osetiya.jpg Vaqif Abışov: "Keçən əsrin 20-ci illərindəki dünyanın durumunu, 2008-ci illə eyniləşdirmək düzgün deyil" Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın ölkədəki son işğalçılıq hərəkətlərini 1921-ci ildə baş verənlərə bənzədib. O bildirib ki, həmin vaxt hökumət qaçıb, ancaq bu dəfə qaçmayıb və gürcü dövlətçiliyi qorunub. Bəs bənzətmə nə qədər reallığı əks etdirir? Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi əməkdaşı Vaqif Abışov deyir ki, hadisələrin müəyyən oxşarlıqları olsa da, fərqliliklər də kifayət qədər çoxdur. Çünki 1918-1920-ci illərdə vətəndaş müharibəsi aparan sovet Rusiyası ABŞ, Fransa, İngiltərə, Yaponiya kimi dövlətlərin də hərbi müdaxiləsinin qarşısını ala bilib. Ramiz Mikayıloğlu Bu da onunla bağlı idi ki, I Dünya Müharibəsi yeni başa çatmış, böyük insan tələfatı olmuş, maddi, texniki resurslar itirilmiş və dünya dövlətləri yorulmuşdular. Qısası, dünya sülhə yaxınlaşmışdı, 1919-cu ilin yanvarında artıq I Dünya Müharibəsinin nəticələri müzakirə olunurdu. Ona görə də dünya dövlətləri sovet Rusiyasıyla yeni bir müharibəyə başlamaq, böyük savaşa rəvac vermək istəməyiblər. Sovet Rusiyası da bundan yararlanıb, gənc Cənubi Qafqaz respublikalarını dərhal işğal edib. 1918-ci il aprelin 28-də Azərbaycan, sonra Ermənistan və Gürcüstan işğal olunub. Mustafa Kamal Atatürk, gənc Türkiyə Respublikası da ölkənin ərazisinə İngiltərə, İtaliya, Fransa və Yunanıstanın təcavüzünün aradan qaldırılması ilə bağlı sovet Rusiyasıyla yaxınlaşıb. Tarix İnstitununun elmi əməkdaşının sözlərinə görə, keçən əsrin 20-ci illərində dünyanın durumu XXI əsrlə, 2008-ci il ilə eyniləşdirmək düzgün deyil. Digər tərəfdən, 1921-ci ildə sovet Rusiyasının çar imperiyasının sərhədlərini bərpa etmək planı olub və Cənubi Qafqaz işğal edilməliydi. Azərbaycan və Ermənistandan sonra Gürcüstan da işğala məruz qalmalıydı. Vaqif Abışova görə, bu, həmin dövrdə gənc Türkiyə Respublikasıyla razılaşdırılmış variant da ola bilərdi. Hər iki dövlət bir-birinə hərbi, maddi yardım göstərib və regionda da maraqlar bölüşdürülüb. Tarixçi hesab edir ki, indiki vaxtda Rusiyanın belə işğalçılıq planı olmayıb. Baxmayaraq ki, Moskva Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrinin işğalını bundan əvvəl oyuncaq separtçı qurumlarla birgə həyata keçirmişdi: "Ancaq Rusiyanın niyyəti və meyli olsaydı, NATO, Qərb özünü yetirənə qədər Tiflisi də, bütün Gürcüstanı da işğal edərdi". Vaqif Abışov vurğuladı ki, 1921 və 2008-ci illər müqayisə olunsa, həm zaman baxımından, həm də dünyadakı və Cənubi Qafqazdakı siyasi durum, beynəlxalq tışkilatlarda dövlətlərin bir-birinə münasibəti arasında tamamilə fərqli cəhətləri görərik. 1921-ci ildə Rusiya ABŞ-dan, Avropa dövlətlərindən asılı olmayıb, ziddiyyətlər kəskinliyilə seçilib. Heç bir Avropa dövlətiylə sovet Rusiyasının ikitərəfli, çoxtərəfli müqavilələri olmayıb. Hətta Paris sülh konfransına sovet Rusiyasını da dəvət etməyiblər. ABŞ, Qərb dövlətləri bir dövlət kimi onu tanımırdılar da. Ancaq hazırda Rusiya Federasiyası BMT-nin, ATƏT-in, Avropa Şurasının üzvüdür, ABŞ-la, dünya dövlətləriylə ikitərəfli, çoxtərəfli müqavilələr imzayıb. Enerji resurslarını Avropaya ixrac edir, "Böyük səkkizlər"də təmsil olunur. Yəni sovet Rusiyasıyla hazırkı Rusiyanı, dünyanın o vaxtkı və indiki durumunu tamamilə fərqləndirmək lazımdır: "Əslində 1921-ci ildə Gürcüstanın işğalı gürcü hökumətinin qaçmasıyla bağlı deyildi. Bu dəfə də Mixail Saakaşvili hökuməti, ordu rusların hücumuna heç bir müqavimət göstərmədi, çaş-baş qaldılar. Rusiya qoşunlarını Tiflisdə də yerləşdirə bilərdi. Lakin bu dəfə 1921-ci ildən fərqli olaraq, iri dövlətlərin, beynəlxalq təşkilatların işə qarışması və Rusiyanın da onlarla bağlılığı Gürcüstanı işğaldan xilas etdi. Məsələyə bu formada yanaşmaq düzgün olardı". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar