SON XƏBƏRLƏR

Təbriz Şəhər Şurasının üzvü: Dövlət “Təbriz 2018” layihəsinə ayrılan 70 milyard tümənlik büdcə vəsaitini ödəməyib

2021.10.20, 07:36
Təbriz Şəhər Şurasının üzvü: Dövlət “Təbriz 2018” layihəsinə ayrılan 70 milyard tümənlik büdcə vəsaitini ödəməyib

Gunaz.tv

GünAz TV: Təbriz Şəhər Şurasının üzvü Şəhram Dəbiri dövlətin “Təbriz 2018” layihəsinə ayırdığı büdcə vəsaitini ödəmədiyinə etiraz edib.

 

Bu barədə iyunun 20-də Təbrizin planlaşdırma işləri üzrə şurasının keçirdiyi iclasda çıxış edən Ş.Dəbiri büdcə vəsaitinin bu günə qədər ödənilmədiyini tənqid edərək bu məsələnin öz həllini tapmasını istəyib.

 

“70 milyard tümən dəyərində büdcə ayrılıb, onun 20 milyardı cari işlər, 50 milyardı isə yalnız abadlıq işləri üçündür. Lakin bu günə qədər sözügedən məbləğ ödənilməyib”- deyə o bildirib.

 

Şəhər Şurasının üzvü əlavə edib ki, “turizm sahəsinə vəsait xərcləmək əslində gələcək üçün sərmayə yatırmaqdır. Bizim planlaşdırma işlərimiz düzgün olursa, “Təbriz 2018” layihəsi turizm infrastrukturunu gücləndirərək gələcək üçün gəlir mənbəsinə çevrilə bilər.”

 

“Turizm sənayesinə sərmayə yatırmaq bölgənin iqtisadi inkişafına təkan verməklə yanaşı işsizlik problemini də müəyyən qədər aradan qaldıracaq. Ona görə də dövlətin bu zəmində nəzərdə tutduğu layihələr icra olunmalı və Təbriz üçün ayrılan büdcə vəsaiti ödənilməlidir”- deyə Ş.Dəbiri vurğulayıb.

 

Güney Azərbaycanın Təbriz şəhəri 2018-ci ilin islam dünyasının turizm paytaxtı seçilib. Bu, Təbrizi tanıtdırmaq və turizm sənayesinin inkişafı baxımından bölgə əhalisi üçün əhəmiyyətli hadisədir. Lakin İran rejimi bu fürsətdə Azərbaycan şəhərinə lazımi dəstəyi vermir, bu günə qədər dövlət tərəfindən Təbrizə bir rial belə ödənilməməsi yerli əhali ilə yanaşı bölgənin bəzi məsulları və millət vəkillərini də dilə gətirib.

 

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin turizm nazirlərinin Nigeryanın paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhərin 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcəyi gözlənilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar