SON XƏBƏRLƏR

Təbriz Universitetinin məsulları türkcə tələbə jurnalının nəşrinə mane olur

2021.10.20, 07:36
Təbriz Universitetinin məsulları türkcə tələbə jurnalının nəşrinə mane olur

Gunaz.tv

GünAz TV: Təbriz Universitetinin məsulları “Gələcək” tələbə jurnalının nəşri qarşısında maneələr yaradır.

 

Jurnal hazırda universitetin nəşrlərinin ekspert şöbəsində gözlədilir və nəşri ilə bağlı qeyri-müəyyən vəziyyət davam edir.

 

Güney Azərbaycanın tələbə fəallarının verdiyi məlumata görə, Təbriz Universitetinin məsulları iki aydan çoxdur ki jurnala nəşr lisenziyasının verilməsini gecikdirir və məsələnin aydınlaşdırılması ilə bağlı suallara cavab verməkdən imtina edirlər.

 

“Gələcək” tələbə jurnalının redaksiya heyəti dərgidə dərc olunması üçün yazı təqdim edən yazıçılara və auditoriyaya mövzunu aydınlaşdırmaq üçün açıqlama verib. Bildirilib ki, jurnalın baş redaktoru qanuni hüquqlarının müdafiəsi istiqamətindəki fəaliyyətlərini davam etdirir və universitet rəsmilərinin qanun pozuntusu və dərginin nəşrinə yaratdıqları maneələrlə əlaqədar rəsmi və yazılı şəkildə Təhsil Nazirliyinin ictimai-mədəni işlər üzrə müdirinə şikayət edib.

Qeyd etmək lazımdır ki, Güney Azərbaycan universitetlərində yayımlanan bir çox türkcə jurnalın nəşri  “etnikçilik” kimi real olmayan ittihamlar əsasında “Tələbə Jurnallarına Nəzarət Şurası” tərəfindən dayandırılıb.

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar