SON XƏBƏRLƏR

Təbrizdə ata və oğul “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb

2021.10.20, 07:36
Təbrizdə ata və oğul “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində Cəfər İsmailzadə və Milad İsmailzadə adlı ata və oğul “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb.

 

“Sepah”ın təhlükəsizlik əməkdaşları mayın 29-da ata və oğulun iş yerinə hücum çəkərək onları saxlayıb. Hadisə bir neçə gün əvvəl baş versə də bu barədə yenicə xəbər yayılıb.

 

Təhlükəsizlik əməkdaşları axtarış aparmaq məqsədi ilə İsmailzadə ailəsinin evinə də müraciət edib. Məlumata görə, məmurlar ev sahibinə aid ləptop, kitab və daha bir neçə şəxsi əşyanı özləri ilə götürüb.

 

Ata və oğulun nədə günahlandırıldığı və hadisənin təfərratı barədə hələlik dəqiq məlumat yoxdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar