SON XƏBƏRLƏR

Təbrizdə fəaliyyət göstərən Tehran şirkətindən irqçi hərəkət: “Yalnız ləhcəsi olmayan xanımlar işə götülürüləcək…”

2021.10.20, 07:36
Təbrizdə fəaliyyət göstərən Tehran şirkətindən irqçi hərəkət: “Yalnız ləhcəsi olmayan xanımlar işə götülürüləcək…”

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində iqtisadi məsləhət mərkəzi kimi fəaliyyət göstərən bir Tehran şirkəti, işçi qəbul etməkdə ölkənin bəzi rəsmi orqanları kimi irqçi önşərt irəli sürüb.

 

İranın şimal-qərbində fəaliyyət göstərdiyini iddia edən “Toseye Bazar-i Mehrqostəran” şirkətinin yaydığı iş elanında “fars dilini ləhcəsiz danışmaq” irəli sürülən şərtlər arasındadır.

 

Şirkət saytlarda yaydığı elanda 50 xanımı işə qəbul edəcəyini bildirib.

 

 

Son vaxtlar müxtəlif şirkətlərin iş elanında ləhcəsiz farsca danışmaq şərtinə tez-tez rast gəlinir. Hətta ötən aylarda Təhsil Nazirliyi yeni nizamlamasında fars dilində ləhcəsi olanların müəllim kimi işə götürülməyəcəyini bildirmişdir.

 

Ləhcə ilə bağlı irəli sürülən şərt şübhəsiz ki, irqçi bir hərəkətdir. Bu tələb işə götürən şirkətlər tərəfindən daha ciddi şəkildə irəli sürülərsə, o zaman fars şirkətlərində qeyri-fars millətlərinə mənsub insanların çalışması mümkün olmayacaq. Ona görə ki, İranda qeyri-fars millətlərinə mənsub olan insanların təxminən hamısı fars dilini ləhcə ilə danışır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar