SON XƏBƏRLƏR

Təbrizdə oğlan geyimində Səhənd stadionuna daxil olmağa çalışan azərbaycanlı qızlar saxlanılıb

2021.10.20, 07:36
Təbrizdə oğlan geyimində Səhənd stadionuna daxil olmağa çalışan azərbaycanlı qızlar saxlanılıb

Gunaz.tv

GünAzTV: Martın 13-də “Tiraxtur” və “Əlcəzirə” futbol komandalarının matçını yaxından izləmək üçün oğlan geyimində Səhənd stadionuna daxil olmağa çalışan azərbaycanlı qızlar saxlanılıb.

 

Asiya Çempionlar Liqasının 4-cü həftəsində keçirilən görüşdə, Təbrizin “Tiraxtur” futbol komandası, Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” komandası ilə üz-üzə gəlib. Axşam saat 16-da başlanan matç, 1:1 hesabı ilə başa çatıb.

 

Yayılan məlumatlara əsasən, təbrizli qızların stadiona daxil olmasına mane olan hökumət qüvvələri, həmin qızları təhqir edərək, onları zorakılıqla stadiondan uzaqlaşdırıblar. Adları mediaya məlum olmayan həmin qızların sonrakı taleyi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikasında qadınların stadionlara və idman zallarına girişi qadağndır. Son illər, qadınlar hökumətin onlara qarşı yürütdüyü ayrı-seçkilik siyasətinə etiraz bildirərək bu qadağanın aradan qaldırılmasını tələb edirlər. Həmin qadağanın nəticəsidir ki, bəzi qadınlar bütün təhlükələrə baxmayaraq, vaxtaşırı kişi geyimində stadionlara daxil olmağa çalışır və bunun acı nəticələri ilə üz-üzə qalırlar.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar