SON XƏBƏRLƏR

TEHRANIN ERMƏNİLİYİ

2021.10.20, 07:36
TEHRANIN ERMƏNİLİYİ

Gunaz.tv
TEHRANIN ERMƏNİLİYİ 34006_1 İran hakimiyyəti Ərk qalasını dağıdır, "Yeddi göz"ü isə "Həfte-çeşmə" adlandırır S.SƏDRƏDDİN Tehran hakimiyyəti illər uzunudur Azərbaycan türklərinin milli varlığını məhv etmək üçün çeşidli istiqamətdə fəaliyyət göstərir. Əslində, bir millətin danılması üçün onun milli dili, həmin etnosa aid yer adlarının dəyişdirilməsi şovinist düşüncəlilərin istifadə etdiyi üsullardandır. İslam Respublikasına rəhbərlik edən ayətullalar da Rza şahdan qalma şovinist fars siyasətini yürütməkdədir. Dünyanın bu çağında da Tehran hakimiyyəti Azərbaycan türklərinə məxsus yer adlarını çəkinmədən dəyişməkdədir. "Baybak"ın məlumatına görə, bu günlərdə Güney Azərbaycanın Sulduz (adı farslaşdırılaraq Nəğədə adlanır) şəhərindəki "Yeddi göz" adlanan bulağın adı dəyişdirilib. Buranın belə adlanması həmin yerdə doğrudan da yeddi bulağın olması ilə əlaqələndirilir. Həmin bölgə türklərə məxsus olduğundan oranı türkcə "Yeddi bulaq" adlandırıblar. Mənbənin məlumatına əsasən, bu işdə hakimiyyətə İranın ali rəhbəri ayətulla Xamneyi kimi milli mənsubiyyəti türk olanlar da yardım ediblər. "Sulduz xəbər" agentliyi bildirib ki, Sulduz şəhərindəki yerli hakimiyyət kürd terrorçularına yarınmaq üçün sərgi düzənləyib. Həmin tədbirlə bağlı yayımlanan dəvətnamələr və bukletlərdə "Yeddi göz" bulağının adı fars dilində "Həfte-çeşmə" ("Yeddi bulaq") kimi göstərilib. Yerli gənc sakinlər isə Sulduzun bir çox yerlərində "Həfte-çeşmə" sözünü qaralayaraq yerinə "Yeddi göz" yazıblar. Məlumatda o da vurğulanıb ki, Sulduzun şəhər şurasında çalışan 5 nəfərdən 4-ü türk sayılır, biri isə kürddür. Amma Tehran hakimiyyəti farslar üçün qondarma tarix düzəltməkdən əl çəkmir. Hələ sovetlər dönəmində ermənilər Ermənistan ərazisindən üstünə ermənicə "yazı yazılmış" daş parçası "tapıb" çıxarmış, aləmə hay salmışdılar ki, guya, neçə min il öncə həmin ərazidə onlar yaşamışlar. Ancaq onların bu arxeoloji "tapıntı"ları mütəxəssislər tərəfindən təsdiqlənmədi. Məlum oldu ki, bu daş parçasını ermənilər oyaraq sovet dövründə basdırıblar. Bununla da indiki Ermənistana və Qafqaza iddiaları üçün tarixi "fakt" toplayırdılar. Bu ilin əvvəllərində İranda baş vermiş bir olay da ölkədəki elmi ictimaiyyətin təəccübünə səbəb olub. İran hakimiyyətinin "Fars körfəzi", ərəblərin "Ərəb körfəzi" adlandırdığı, əslində isə, bir zamanlar türkcə Kəngər körfəzi deyilən bölgədən fars dilində yazılmış bir daş parçası "tapıblar". Onlar bununla həmin bölgənin tarixən farslara aid olduğunu dünyaya sübuta etmək istəyirlər. Mütəxəssislərin fikrincə, ilk baxışdan bu üzərinə əski əlifbada nəsə yazılmış qədim bir daşa bənzəyir. Ancaq elm adamları bunu uşaq səviyyəsində edilmiş bir saxtakarlıq adlandırmışlar. Beş sətirlik həmin yazıda bildirilib ki, guya, körfəz və ətrafı farslara məxsus olub. Mütəxəssislərə görə, bu "tapıntı"nın elm üçün heç bir dəyəri yoxdur. Bundan başqa, yazının qədimliyindən də əsər-əlamət yoxdur və gülünc bir iddiadır. Şovinist düşüncəli fars "alim"ləri bu daşa önəm verərək hər addımbaşı bunun "tarixi tapıntı", bölgənin isə farslara aid olduğunu iddia etməkdədirlər. İş o yerə çatıb ki, hakimiyyət ona qoruqçu belə təhkim edib. Vəziyyətin gülünc olduğunu görəndən sonra ortaya çıxmış daşı 24 saat ərzində gizlətmək qərarına gəliblər. Hakimiyyət hesab edir ki, "tapıntı"nı qorumasa, "farsların tarixi düşmənlərin əli ilə dağıdılar". Yuxarıda da qeyd etdiyimiz kimi, 80 ildən çoxdur İranda hakimiyyətdə olan fars düşüncə mərkəzi türklərə aid az qala bütün tarixi abidələri söküb dağıdıb. Onlardan bəziləri barədə bir daha xatırlatma etmək istərdik. "Bütövaz"ın yaydığı "Azərbaycan xalqının müqavimət simvolu olan Ərk qalasının dağıdılmasına imkan verməyək" başlıqlı yazı Kanadada yerləşən "İran Azərbaycanı dil və mədəniyyət fondu"nun Təbrizdəki Ərk qalasının Tehran hakimiyyəti tərəfindən dağıdılmasına etirazı haqqındadır. Orada deyilir ki, Təbrizdəki bu qala Azərbaycan türklərinin istibdad və müstəmləkəçiliyə qarşı müqavimət rəmzidir. İrandakı Mədain sarayına (Mədain xərabələri) bərabər tutulan Ərk (Əlişah qalası) qalası Elxani hökmdarı Sultan Xudabəndi və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi əsasında hicri-qəməri tarixi ilə 716-724-cü illərdə (1338-1345-ci illərdə) tikilib. Qacarlar dövrünə qədər bu tarixi binadan dövlət əhəmiyyətli hərbi obyekt, qəsr kimi istifadə edilib. Məşrutə hərəkatı dönəmində isə Səttarxan, Bağırxan və Təbrizin başqa mücahidlərinin əsas bazalarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumu zamanı xəsarət alıb. 1979-cu ilin fevralından sonra inqilabın ilk illərində bu qala "şahdan qalma" abidə sayılaraq dağıdılmaq təhlükəsi ilə üz-üzə qalıb. Amma o illərdə Təbriz əhalisi orada məscid mehrabı olduğunu əsas göstərərək abidəni dağıdılmaqdan qoruyub. Lakin bu da türkün bu möhtəşəm tarixi irsini dağıdılmaq təhlükəsindən tam qoruya bilməyib. Bir müddət sonra Tehran hakimiyyəti Ərk qalasının qonşuluğunda yerləşən Təbriz Milli kitabxanasının və tayı-bərabəri olmayan "Balabağ" teatrının binalarını dağıdaraq kütləvi namaz qılmaq üçün meydan tikməyə başladı. Təbrizin o vaxtkı imam cüməsi ayətulla Mədəni bu sayaq özbaşınalığı əsas götürərək Ərkin divarlarının partladılması barədə Tehrandan gələn əmri yerinə yetirdi. Bununla da illərin təbii fəlakətlərinə və çar Rusiyasının işğalçı hücumlarına dözən Ərk qalasına İslam Respublikasının yürütdüyü şovinist davranış ciddi zərbə vurdu. Halbuki, kütləvi namaz qılmaqdan ötrü şəhərin başqa ərazisində də yer tikmək mümkün idi. Ayətulla Mədənidən sonra ayətulla Müslüm Mələkquti Təbrizə imam cümə təyin edildi. O da sələfinin işini davam etdirdi. Ərkin tamamilə yer üzündən silinməsi üçün növbə indi də şəhərin imam cüməsi ayətulla Müctəhid Şəbüstəriyə çatıb. Onu da qeyd etmək lazımdır ki, qalanın dağıdılması işi İranın "Quruculuq işləri üzrə cihad" təşkilatına tapşırılıb. Hazırda Ərkin bütünlükdə məhv edilməsi üçün plan hazırlanıb. Onun yerində çoxmərtəbəli yeraltı avtomobil dayanacağı tikilməsi nəzərdə tutulub. Yerli sakinlərin söylədiklərinə görə, şəhərin rəhbərləri azad və ədalətli seçki yolu ilə seçilsə, habelə onların "gözünü dünya malı tutmasa", Azərbaycan türkünün bu əzəmətli tarixi abidəsi cəhalətin qurbanı olmazdı. Təbrizli müşahidəçinin sözlərinə görə, Ərk qalasına edilən bu cahilanə hücumdan ictimai fikri yayındırmaq üçün şəhərin bələdiyyə başçısı "Şəms Təbrizi" parkının təməlqoyma mərasimində deyib: "Əlimizdə Şəmsin qəbrinin Təbrizdə olduğunu təsdiqləyən sənədlər var. Biz başqa şəhərlərin Şəmsə iddialarını təmin etməyə imkan verməyəcəyik". Heç kimə sirr deyil ki, dünyanın ən nəhəng fikir adamlarından biri dahi türk oğlu Şəms Təbrizinin məzarının harada olduğu bilinmir. Bu baxımdan onun məzarının tapılmasını Çingiz xanın xəzinəsinin tapılması ilə eyniləşdirmək də mümkündür. Güney Azərbaycan türkünün mədəni tarixi abidələrinə Tehran hakimiyyətinin bu münasibətini bir müddət Əfqanıstanda hakimiyyəti ələ keçirmiş Talibanın davranışı ilə müqayisə etmək mümkündür. Xatırladaq ki, talibələr 2000-ci ildə Əfqanıstandakı bir neçə min yaşı olan tarixi bir abidəni - Buddanın heykəlini partlatmışdılar. Üzərində əski əlifbada bir neçə sətir yazılmış bir parça daşı qoruyan İslam Respublikası Azərbaycan türkünün 700 illik tarixi-mədəni abidəsini kimsəyə hesabat vermədən dağıtmaqdadır. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar