SON XƏBƏRLƏR

Terri Devis: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dinc vasitələrin tükəndiyini eşidəndə, çox narahatlıq keçirirəm”

2021.10.20, 07:36
Terri Devis: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dinc vasitələrin tükəndiyini eşidəndə, çox narahatlıq keçirirəm”

Gunaz.tv
Terri Devis: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dinc vasitələrin tükəndiyini eşidəndə, çox narahatlıq keçirirəm” Avropa Şurasının baş katibi Terri Devis mayın 28-də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin plenar iclasında çıxış edib. APA-nın Avropa bürosunun xəbərinə görə, çıxışından sonra iştirakçıların suallarını cavablandıran T. Devis Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, bir neçə dəfə Azərbaycan və Ermənistana səfər etdiyini və Cənubi Qafqazdakı münaqişələrlə yaxından tanış olduğunu bildirib: “Azərbaycandakı qaçqın düşərgələrində gördüklərim və oradakı yaşayış şəraiti mənim üçün əsl şok olmuşdu. Mən hər iki ölkənin dövlət başçıları ilə rəsmi görüşlərimdə bu barədə fikirlərimi bildirdim və hesab edirəm ki, bu, bəhrəsini verdi. O vaxtdan bəri qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün müəyyən işlər görülüb. Bu problemin kökü ilk növbədə Azərbaycanla Ermənistan arasındadır və Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Bildiyiniz kimi, bu ölkələr arasında müharibə olub, hər iki tərəfdən qurbanlar verilib. Həmin vaxt bu münaqişənin detalları Avropa üçün naməlum idi, Avropada bu haqda çox danışılmırdı, çünki o vaxt Avropanın başı keçmiş Yuqoslaviya və orada baş verən cinayətlərə qarışmışdı. Halbuki Cənubi Qafqazda da eyni hadisələr baş verirdi. İndi vəziyyət belədir ki, biz həm Azərbaycan, həm də Ermənistanda insan haqlarının qorunmasına çalışırıq və istəyirik ki, münaqişə tez bir zamanda həll edilsin. Hər iki ölkə Avropa Şurasına üzv olarkən münaqişənin sülh yolu ilə həlli barədə öhdəlik götürüb və mən eşidəndə ki, münaqişənin həlli üçün dinc vasitələr tükənib və hansısa tərəf hərbi vasitələrə əl atmaq istəyir, bundan çox narahatlıq keçirirəm. Mən belə hallarda ilk növbədə Avropa Şurası Nazirlər Komitəsinin lazımi ölçü götürməsi təşəbbüsü ilə çıxış edərdim. çünki bu, Avropa Şurası qarşısındakı öhdəliklərin pozulması olardı”. T. Devis Azərbaycan və Ermənistanın dostu kimi münaqişə iştirakçılarına keçmişi unutmadan gələcəyə baxmağı tövsiyə edib: “Demirəm ki, keçmişi unudun, amma irəli - gələcəyə baxmaq, münaqişənin həlli yollarını tapmaq lazımdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar