SON XƏBƏRLƏR

“Toğrul qülləsi” əyilib – Tehranda

2021.10.20, 07:36
“Toğrul qülləsi” əyilib – Tehranda

Gunaz.tv

GünAz TV: Böyük Səlcuq İmperiyası dövrünün ən önəmli qülləsi, türk imperiyasının qurucusunun dəfn edildiyi “Toğrul Qülləsi”nin əyildiyi bildirilir.

 

“Şəhrvənd” qəzetinin yaydığı məlumata görə, yayılan görüntülərdə Tehranın Rey şəhərində yerləşən məşhur tarixi qüllənin əyildiyi görünür.

 

Bu barədə Reyşünas Əhməd Əbuhəmzə “Şəhrənd” qəzetinə danışıb.

“Qülləyə hər tərəfdən təzyiq var. Çəkilməkdə olan metro və ətrafda aparılan qazıntı işləri qülləyə təsir edən amillərdəndir.

Qüllənin yaxınlığında Razi Mədəniyyət Evi tikilir. Bu məntəqədə yeraltı suları da tükənir. Bütün bunlar qüllənin əyilməsində rol oynaya bilər.”- deyə o bildirib.

 

Əhməd Əbuhəmzənin sözlərinə görə, qüllənin 100-200 metrliyində çuxurlar yaranıb. Bu məsələ şübhəsiz ki, qüllənin yerləşdiyi ərazinin aşağı oturmasına səbəb ola bilər.

 

 

 

Qeyd edək ki, “Torul qülləsi” 1931-ci ildə ölkənin milli siyahısında qeydə alınıb. Tarixi məkanın paytaxtda yerləşməsinə baxmayaraq, türk imperiyasına aid olduğu üçün dövlətin diqqətindən kənarda qalıb. Rey şəhərində belə bir qüllənin olmasından çox az insanın xəbəri var.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar