SON XƏBƏRLƏR

“Traxtur” gözlənilməz şəkildə uduzdu – “Pars Cənubi” komandasına

2021.10.20, 07:36
“Traxtur” gözlənilməz şəkildə uduzdu – “Pars Cənubi” komandasına

Gunaz.tv

GünAz TV: Cəm şəhərinin Təxti stadionunda bu şəhərin “Pars Cənubi” və Güney Azərbaycanın “Traxtur” komandaları arasında keçirilən görüş bu dəqiqələrdə gözlənilməz hesabla başa çatıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 21-ci həftəsində keçirilən qarşılaşma 1:0 hesabı ilə “Pars Cənubi”nin xeyirinə yekunlaşıb.

 

Oyunda yeganə qolu vuran 35-ci dəqiqədə Nima İntizari olub.

 

Beləliklə Azərbaycan komandası 37 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb, “Pars Cənubi” isə öz mövqeyini gücləndirərək 20 xalla cədvəlin 12-ci pilləsində yer alıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar