SON XƏBƏRLƏR

“Traxtur”-“İstiqlal” görüşündən sonra fars irqçiləri türk millətini hədəfə aldı – Sosial şəbəkələrdə

2021.10.20, 07:36
“Traxtur”-“İstiqlal” görüşündən sonra fars irqçiləri türk millətini hədəfə aldı – Sosial şəbəkələrdə

Gunaz.tv

GünAz TV: Avqustun 10-da Tehranın Azadi stadionunda “Traxtur”la “İstiqlal”ın görüşündən sonra sosial şəbəkələrdə türk millətinə qarşı hücumlar artıb.

 

Fars irqçiləri bütün sosial şəbəkələrdə türk millətininin ünvanına aşağılayıcı və təhqiramiz ifadələr işlədir, irqçi zəmində nifrət yayırlar. Onlar hətta “eşşək türk”, “zənciri qırılmış...”, “vəhşi”, “heyvan” və s. kimi sözləri işlətməkdən belə çəkinmir.

 

Farsdilli sosial şəbəkə istifadəçilərinin paylaşdıqları postlar həddindən artıq səviyyəsiz və etikadan kənar olduğu üçün onları senzura edərək təqdim edirik.

 

 

“Traxtur”-“İstiqlal” oyununda paytaxt komandasının tərəfdarları hər zaman olduğu kimi, yenə də “Ölüm olsun türkə” şüarı səsləndiriblər.

 

Beynəlxalq Futbol qanunlarına görə, görüş zamanı hansısa klubun tərəfdarları dil, irq və inanc zəminində təhqiramiz şüarlar səsləndirirsə, hakim oyunu dayandırıb və ya görüşü ümumiyyətlə ləğv edə bilər. Lakin İranda belə qanunlar keçərli deyil. Hətta irqi zəmində nifrət yayanlar deyil, təhqirlərə məruz qalan Azərbaycan klubu və onun tərəfdarları davamlı olaraq Futbol Federasiyasının İnzibati Komitəsi və təhlükəsizlik qüvvələri tərəfindən cəzalandırılır. Ölkədə irqçilik o həddə çatıb ki, Tehranın “İstiqlal” və “Perspolis”  komandalarının əksər görüşlərində “Ölüm olsun türkə” şüarı sistemli şəkildə səsləndirilir, lakin Futbol Federasiyası bütün bunlara səssiz qalır!

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar