SON XƏBƏRLƏR

“Traxtur” komandasının qapıçısı: Hələ də əminliklə deyirəm ki, komandamız çempion olacaq

2021.10.20, 07:36
“Traxtur” komandasının qapıçısı: Hələ də əminliklə deyirəm ki, komandamız çempion olacaq

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası 19-cu super liqa yarışlarının ilk həftələrində turnir cədvəlinin birinci pilləsinə qədər yüksəlsə də son üç görüşdə ardıcıl uduzub. Bu məsələ “Traxtur”un qələbəsini gözləyən komanda tərəfdarlarını düşündürür.

 

“Traxtur”un qapıçısı Rəşid Məzahiri isə hələ də komandasının çempion olmasına inanır. O bu barədə “İdman Xəbəri” saytına verdiyi müsahibədə danışıb.

 

“Çox təəssüflər olsun ki, ardıcıl üç görüşdə uduzduq. Bu məsələ vəziyyəti müəyyən qədər çətinləşdirdi. Lakin mövsümün sonuna çox qalır, bizim hələ fürsətimiz var. Biz uduzduğumuz görüşlərdə pis oynamadıq. Amma bəxtimiz gətirmədi və hər zaman futbolda baş verən müəyyən hadisələrə görə belə alındı.”- deyə o bildirib.

 

İranın milli komandasında çıxış edən qapıçı komandası ilə bağlı heç də ümidini itirmədiyini bildirib.

“Şübhəniz olmasın ki, biz istədiyimiz nəticəni əldə edəcəyik. Belə texniki heyət, klubun məsulları və ən önəmlisi komanda tərəfdarlarının dəstəyi sayəsində biz yenidən turnir cədvəlinin birinci pilləsinə qayıdacayıq. Mən əminliklə deyə bilərəm ki, biz mövsümün sonunda komanda tərəfdarları ilə birlikdə çempion olmağımızı qeyd edəcəyik.”- deyə “Traxur”un qapıçısı vurğulayıb.

 

Qeyd edək ki, hazırda “Traxtur” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb, cədvələ “Şəhr-i Xodro” klubu liderlik edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar