SON XƏBƏRLƏR

Türk dili kurslarını başa vuranlar üçün məzunluq mərasimi keçirilib – Tehranda

2021.10.20, 07:36
Türk dili kurslarını başa vuranlar üçün məzunluq mərasimi keçirilib – Tehranda

Gunaz.tv

GünAz TV: Tehranda Yunis İmrə Mədəniyyət Müəssisəsi türk dili kurslarını başa vuran 23 iranlı öyrənci üçün məzunluq mərasimi təşkil edib.

 

Mərasimdə Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin də iştirak edib.

 

Bu barədə Tehran Yunis İmrə Mədəniyyət Müəssisəsinin müdiri Turqay Şəfəq Anadolu xəbər agentliyinə danışıb.

 

“Kurslarda iştirak edənlər müəssisənin proqramlarını yüksək qiymətləndirir. Hər mərhələdə 400 öyrənci kurslara cəlb olunur. Öyrəncilərlə əlaqələrimiz kurslar başa çatdıqdan sonra da kəsilmir. Onların bəziləri sonralar kitab tərcüməsi ilə məşğul olur. Elə öyrəncilər var ki, 2. 3 kitab fars dilinə tərcümə edib”- deyə o bildirib.

 

 

Adını çəkdiyimiz müəssisə bu günə qədər təxminən 8 min nəfər üçün türk dili kursları təşkil edib.

 

Qeyd edək ki, İranda başda Azərbaycan və digər türk tayfaları olmaqda digər millətlərin mənsubları da Anadolu türkcəsinə rəğbət bəsləyir. Bu səbəbdən İranda Anadolu türkcəsini bilən vətəndaşların sayı günü-gündən artır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar