SON XƏBƏRLƏR

TÜRK DÜNYASININ ƏFSANƏSİ BU GÜN(14 IYUN) SON MƏNZİLƏ YOLA SALINIR

2021.10.20, 07:36
TÜRK DÜNYASININ ƏFSANƏSİ BU GÜN(14 IYUN) SON MƏNZİLƏ YOLA SALINIR

Gunaz.tv
TÜRK DÜNYASININ ƏFSANƏSİ BU GÜN SON MƏNZİLƏ YOLA SALINIR Türk dünyasının əfsanəsi, görkəmli qırğız yazıçısı, ömrünün 80-ci ilində həyata gözlərini yummuş Çingiz Torekul oğlu Aytmatov bu gün Bişkekdə son mənzilə yola salınır. Dünən onun cənazəsini gətirən xüsusi təyyarə paytaxtın Manas hava limanına enmişdir. Onu paytaxtın "Ata-Beit" memorial qəbiristanlığında atası Torekul Aytmatovun yanında torpağa tapşıracaqlar. Bəlli olduğu kimi, Çingiz Aytmatov mayın 19-da Qazan şəhərindən təyyarə ilə Almaniyanın Nürnberq şəhər klinikasına çatdırılmışdı. Həkimlər ona "ağciyər iltihabı" və "böyrək çatışmazlığı" diaqnozu qoymuşdular. Almaniya həkimlərinin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və böyük yazıçı iyunun 10-da həyata vida edib. Azərbaycanda da çox sevilən Çingiz Aytmatovun 80 illik silsilə yubiley təntənələri bu yaxınlarda məhz Bakıdan start götürmüşdü. Onun "İlk müəllimim", "Qırmızı yaylıqlı qovağım mənim", "Əlvida, Gülsarı!", "Ağ gəmi", "Sahil kənarıyla qaçan alabaş", "Əsrə bərabər gün", "Edam kötüyü" və s. kimi povest və romanları dünyanın bir çox dillərinə tərcümə olunmuş və ona böyük yazıçı şöhrəti qazandırmışdı. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar