SON XƏBƏRLƏR

Türk millət vəkilləri Xocalı soyqırımının rəsmən Türkiyədə qeyd olunmasını istəyirlər

2021.10.20, 07:36
Türk millət vəkilləri Xocalı soyqırımının rəsmən Türkiyədə qeyd olunmasını istəyirlər

Gunaz.tv
Türk millət vəkilləri Xocalı soyqırımının rəsmən Türkiyədə qeyd olunmasını istəyirlər _ankara_170907.jpg Türk millət vəkilləri Xocalı soyqırımının rəsmən Türkliyədə qeyd olunması təklifi ilə çıxış ediblər. Bu təklif çərşənbə günü Türkiyə Böyük Millət Məclisində İstanbulun Güngörən səmtində baş verən terror aktının qınanması ilə baglı dinləmələrdə səsləndirilib. Müzakirələr zamanı millət vəkilləri erməni terrorunun Azəbaycanda törətdiyi cinayətlərə toxunub və Xocalı faciəsinin rəsmən Türkiyədə qeyd edilməsi məsələsini qaldırııblar. Milliyyətçi Hərəkat Partiyasının nümayəndəsi Rəşat Dogru Xocalıda baş verənlər haqqında Türkiyə və dünya ictimaiyyətinə daha çox məlumatın çatdırılmasının vacibliyini qeyd edib. “Türkiyə bu məsələdə Azərbaycana daha ciddi dəstək verməlidir” - deyə Rəşat Dogru bildirib. Ədalət və İnkişaf Partiyasının üzvü, millət vəkili Ələddin Kaya da həmkarının fikrini dəstəkləyib. O, Xocalıda 613 günahsiz insanın vəhşicəsinə öldürüldüyünü bir daha millət vəkillərinin diqqətinə çatdırıb. Onun fikrincə, Xocalı soyqırımını Türkiyədə də qeyd edilməsi bu ölkənin Azərbaycanla dostlugunu və həmrəyliyini nümayiş etdirən yeni bir amil olacaq. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar