SON XƏBƏRLƏR

Türkiyə "Ergenekon bataqlığı"nda.Generallar kameralara salındı

2021.10.20, 07:36
Türkiyə "Ergenekon bataqlığı"nda.Generallar kameralara salındı

Gunaz.tv
Türkiyə "Ergenekon bataqlığı"nda Generallar kameralara salındı "Ergenekon" adlı terror təşkilatı qurmaqda suçlanan ordu generalları Şənər Əruyğur və Xurşid Tolon, habelə Ankara Ticarət Palatasının sədri Sinan Aygün İstanbuldakı Metris istintaq təcridxanasından Qocaeli bölgəsinin Kandıra qəsəbəsində yerləşən "F" tipli 1 saylı qapalı həbsxanaya aparılıblar. "Ergenekon əməliyyatı" çərçivəsində həbs olunmuş general Vəli Kiçik də həmin həbsxanada saxlanılır. Türkiyədə "F" tipli həbsxanalar yeni yaradılıb və çox ciddi mühafizə sistemi, sərt intizam qaydaları ilə fərqlənir. Təkadamlıq və 3 nəfərlik kameralardan ibarət olan bu cür həbsxanalarda əsasən terrorçular və digər ağır cinayət törədən şəxslər saxlanılır. Ələddin Çakıcı, Kurşat Yılmaz, Sedat Peker, Vedat Ergin, Erol Evcil, Laua Sakka, "Aqos" qəzetinin baş redaktoru Hrant Dinki güllələyən Ogün Samast, Hadi Özcan da bu tipli həbsxanalarda saxlanılır. Son məlumatlara görə, "Ergenekon əməliyatı" zamanı həbs edilən 48 nəfər barədə rəsmi ittihamnamə cümə günü İstanbul Cümhuriyyət Baş Prokurorluğuna təqdim olunacaq. 40 bölüm və 2500 səhifədən ibarət sənədin 60 səhifəsi Ali Apellyasiya Məhkəməsinin binasındakı gülləbarana və hakimlərin qətlə yetirilməsinə həsr olunub. "Ergenekon"la bağlı son həbslərdə tutulmuş şəxslər barədə isə əlavə ittihamnamə əsas mətndən sonra yer alır. Yeri gəlmişkən, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi İdarə Şurasının toplantısında baş nazirin sabiq müavini, AKP üzvü Əbdüllətif Şənərin bəyanatlarını müzakirə edib. AKP-nin TBMM-dəki fraksiyasının həmsədrləri Mustafa Elitaş, Нihat Ərgün və millət vəkili Fatma Şahin Əbdüllətif Şənərin istefasını tələb ediblər. İdarə Heyətinin bəzi üzvləri Şənərin adının "Ergenekon"çularla birlikdə hallandığına diqqət çəkiblər. Əbdüllətif Şənər isə mövcud hökumətin siyasətini tənqid edərək yeni siyasi partiya quruculuğuna başladığını açıqlayıb. "Ergenekon" çərçivəsində həbs olunan, AKP iqtidarı tərəfindən "terror təşkilatının xəzinadarı" adlandırılan Kuddisi Okkırın ötən bazar günü Trakya Universitetinin tibb fakultəsinin xəstəxanasında dünyasını dəyişməsi isə Türkiyədə yeni gərginlik yaradıb. Bəlli olub ki, hakimiyyətyönlü medianın "milyardar, terrorçuların pul kisəsi" adlandırdığı şəxs həddən ziyadə sadə həyat keçirib, hətta ev almağa imkanı olmadığından ailəsi ilə kirayədə yaşayıb. Onun xanımı Səbriyyə Okkırın dediyinə görə, xəstəxana ilə bağlı $1200 məbləğində borcları var:"Ərimi torpağa verdiyim günün ertəsi xəstəxanadan zəng vurub borcu ödəməyimi istədilər. Narahat olmasınlar, Kuddisi həyatı boyu vicdanlı yaşadığından kasıb olsaq da, o pulu mütləq verəcək, borclu qalmaycağam. Amma ərimi uydurma ittihamla tutub həbsxanada çürütdüklərinə görə hakimiyyət mənsubları cavab verəcək. AKP indi sakitləşsin: Kuddisi ölüb. Məndən və ailəmdən isə əl çəksinlər. Sakitləşmək niyyətimsə yoxdur. Avropa İnsan Haqları Məhkəməsinə uz tutacaq, ərimin qətli ilə bağlı şikayət edəcəyəm". Bu arada "Ergenekon işi"ni aparan prokuror Zəkəriyyə Özün mühafizəsi gücləndirilib. Prokuror ünvanına hədə-qorxuların gəlməsi ilə bağlı Ədalət Нazirliyinə müraciət edib və nazirlik onun mühafizəsi üçün 2 zirehli avtomobil ayrıb, cangüdənlərinin sayını isə 4-ə çatdırıb. Prokurorun evini isə 15 nəfərlik xüsusi qrup mühafizə edir. Xəbər verdiyimiz kimi, İstanbul 13-cü Ağır Cəza Məhkəməsi Mustafa Balbay, Yfüq Böyükçələbi, İlkər Güvən, Нəriman Aydın, Tunc Akkoç, Murad Avar, Həmzə Dəmir və Siyami Yalçının həbsdə qalmadan mühakimə edilməsi barədə qərar vermiş və onları azadlığa buraxmışdı. Dünən prokuror Zəkəriyyə Öz İstanbul Məhkəmənin qərarından protest verib. O özünün sərbəst buraxdığı tanınmış yazıçı-publisist Erol Mütərcimlər istisna olmaqla, digər şəxslər haqqında həbs-qətimkan tədbirinin seçilməsini tələb edib. Qeyd edək ki, "Cümhuriyyət"in Ankara bürosunun başçısı Mustafa Balbay və "Tərcüman" qəzetinin baş redaktoru Yfüq Böyükçələbi azadlığa buraxıldıqdan sonra telekanallara (əsasən, Sky-Türk və "Avrasiya"TV) verdikləri açıqlamalarda istintaqı gülünc vəziyyətə qoyan məlumatlar veriblər. Bəzi türk ekspertlərinə görə, "Ergenekon ssenarisi" ölkə xaricində, ilk növbədə Türkiyəni nəzarət altında saxlamaq istəyən ABŞ tərəfindən yazılıb. H.Agacan express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar