SON XƏBƏRLƏR

Türkiyə-Ermənistan danışıqları və türklük heysiyyəti_Orxan ARAS

2021.10.20, 07:36
Türkiyə-Ermənistan danışıqları və türklük heysiyyəti_Orxan ARAS

Gunaz.tv
Türkiyə-Ermənistan danışıqları və türklük heysiyyəti 23.jpg Həyatım boyu xəlvəti işlərə nifrət etmişəm. Əsasən də cəmiyyət arasında pıçıltı ilə bir-birinə nəsə deməyə çalışan insanlardan heç xoşum gəlmir. İnsanları şübhə altında qoyan və başqalarını yanlış düşüncələrə sövq edən, cəmiyyət arasında dedi-qodulara səbəb olan gizli danışıqlar mənim əxlaqıma ziddir. İllərdir Azərbaycanla Ermənistan arasında guya gizli danışıqlar aparılır. Bu gizli danışıqlarda nələrdən söhbət açılır, hansı diplomatik məsələlər həll olunur, təbii ki, biz bilmirik. Amma, məncə, bu, heç də gizli qalan və diplomatik dillə təsvir olunan bir mövzu deyil. Diplomatiyanın arxasında gizlənmədən Ermənistan təmsilçisinə "Ey işğalçı, işğal etdiyin torpaqlardan rədd ol!" kəlməsindən başqa söz deyilməməlidir. Nə isə... Bu işi siyasətçilərə öhdəsinə buraxaq. Amma son günlər Türkiyə ilə Ermənistan arasındakı təmaslar, məncə, heç də xeyrə işarə deyil. Çünki Ermənistanın həm iqtisadi, həm də siyasi cəhətdən çətinlik çəkdiyi bir dövrdə Türkiyə diplomatlarının onların yalan vədlərinə inanaraq danışıqlara başlaması Türkiyə üçün məntiqli görünmür. Bir şeyi anlamalıyıq ki, bu anda darda olan Türkiyə deyil, Ermənistandır! Ermənistanın şovinist və işğalçı siyasəti davam etdikcə bu darlıqdan və sıxıntılardan qurtulması qeyri-mümkündür. Əgər Amerika mətbuatı bu mövzuya müsbət yanaşırsa, bir türk kimi həmin mövzunun bizim xeyrimizə olmadığını bəri başdan bilməliyik. Çünki Amerika heç vaxt ciddi olaraq nə Kıbrıs, nə də Ermənistan məsələsində hadisələrə Türkiyə pəncərəsindən baxmayıb və baxmayacaq da. İndi yenə Amerika mətbuatı Türkiyə-Ermənistan danışıqları ilə bağlı həvəsləndirici söhbətlər açmaqdadır ki, bu da olduqca qorxulu bir vəziyyətdir. Ermənistan Türkiyə ilə olan sərhədini rəsmən qəbul etmir. İndiki prezident Sərkisyan, hələ baş nazir olarkən Amerikadakı çıxışlarının birində Türkiyənin qərb bölgəsini Qərbi Ermənistan adlandırmışdı. Ermənistanın bütün simvollarında Ağrı dağı onlara məxsus yer (Ararat) kimi göstərilir. Digər tərəfdən isə Ermənistan Türkiyənin dünyada tək və yeganə qardaşı, müttəfiqi olan Azərbaycanın torpaqlarını işğal edib və uzun illərdən bəridir ki, bu addımından geri çəkilməyib. Diaspor mövzusunda çalışan dəyərli qardaşım Elnur Türkoğlu (Hüseynov) internet vasitəsi ilə yaydığı bir yazısında bu mövzunu çox gözəl şəkildə ortaya qoyur. O, yazısında "Azərbaycan bu məsələdə hansı addımı atmalıdır. Hər şeydən əvvəl Türkiyə Azərbaycanın milli maraqlarını Ermənistanın milli maraqlarına qurban verə bilməz. Çünki Azərbaycan bir türk ölkəsi kimi Türkiyənin özünə qarşı olan sevgisinin heç bir zaman zəifləməsini istəməz" - yazaraq, hadisələri çox gözəl izah edir. Əgər Türkiyə diplomatları gizli danışıqlarda sadəcə sözdə "soyqırım" məsələsini gündəmə gətirir və Azərbaycan torpaqlarının işğalını gözardına qoyurlarsa, bununla onlar türklük tarixinin ən böyük xətalarının səbəbkarı ola bilərlər. Dövlətlərarası əlaqələr bir yana, hər iki tərəfdəkı türklər bunu əsla bağışlamazlar. Bu vəziyyət dünyanın o biri dövlətlərində çətin vəziyyətdə olan türklərin də psixoloji sarsıntıları ilə nəticələnər. Türkiyə mətbuatının bir qismində qədimdən bəri ermənipərəst olan jurnalistlər tərəfindən gizli danışıqlar müsbət olaraq ələ alınır. Təbii ki, milli heysiyyəti və ağlı başında olan jurnalistlər də var və onlar hökuməti əllərindən gəldiyi qədərincə hər şeydən xəbərdar etməkdədirlər. Bu mərhələdə Türkiyə Ermənistan sərhədi əsla açıla bilməz! Sərhədlərin açılması Ermənistanın rahat nəfəs alması deməkdir ki, bu da Azərbaycan və Türkiyə türklərinin ən böyük məğlubiyyətidir. Düşünülmədən atılan hər addımı bu xalqın nümayəndəsi olaraq əsla bağışlamayacağımızı bildirmək bizim mənəvi borcumuzdur. Orxan ARAS [email protected]/* */ 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar