SON XƏBƏRLƏR

Türkiyə Gənclik Məclisi Xocalı Soyqırımını qəbul etdi

2021.10.20, 07:36
Türkiyə Gənclik Məclisi Xocalı Soyqırımını qəbul etdi

Gunaz.tv
Türkiyə Gənclik Məclisi Xocalı Soyqırımını qəbul etdi qarabag.jpg Türkiyə Gənclik Məclisi bu gün Xocalı Soyqırımını qəbul edib. Bu barədə “Qaynar.info”-ya məclisə təqdim olunan qanun layihəsinin müəlliflərindən biri, Dalğa Gənclər Hərakatının təşkilati məsələlər üzrə koordinatoru Elşən Poladlı məlumat verib. E.Poladlının sözlərinə görə, “26 fevral- Xocalı Soyqırımı Türkiyədə anılsın” adlı qanun layihəsinin digər müəllifləri məclis üzvləri- azərbaycanlı Əli Əliyev və türkiyəli həmkarı Can Giray olub. Qanun layihəsi Türkiyə Gənclik Məclisi Başkanlığına təqdim edilib və 73 səsə lehinə, 4 səsə əleyhinə olmaqla qəbul edilib. Ənənəyə görə, Türkiyə Gənclik Məclisində qəbul olunan qərarlar həm də qanun təklifi statusu daşıyır və hüquqi status alması üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunur. Bildirək ki, Türkiyə Gənclik Məclisi (TGM) 2004-cü ildən fəaliyyət göstərir. Qurum Türkiyə Parlamentarlar Birliyi və Beynəlxalq Respublikaçılar İnstitutunun birgə layihəsi əsasında fəaliyyət göstərir. TGM-nin məqsədi siyasət və idarəetmə sahəsində türk gəncliyinə nəzəri biliklərini praktiki bilgilərə çevirə bilmək fürsətini verməkdir. TGM-nin 2004-cü ildən düzənlədiyi bu layihəyə ilk dəfə bu il Azərbaycan gəncləri- DALĞA GH-nin təmsilçisi Elşən Poladlı və heç bir təşkilatıtəmsil etməıyən Əli Əliyev də qatılıb.qaynar baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar