SON XƏBƏRLƏR

Türkiyə prezidentinin mətbuat katibi erməniləri təkzib etdi

2021.10.20, 07:36
Türkiyə prezidentinin mətbuat katibi erməniləri təkzib etdi

Gunaz.tv
Türkiyə prezidentinin mətbuat katibi erməniləri təkzib etdi 20080707105156_1.jpg Abdulla Gül Astanada S.Sarkisyanla görüşmək niyyətində deyil . Türkiyə prezidentinin mətbuat xidməti Ermənistan kütləvi informasiya vasitələrini yalan xəbər yaymaqda ittiham edib. Abdulla Gülün mətbuat katibi bəyan edib ki, Qazaxıstanda səfərdə olan Türkiyə Cumhuriyyətinin rəhbəri Astananın 10-illik yubiley tədbirləri çərçivəsində Ermənistanın dövlət başçısı Serj Sarkisyanla görüşmək niyyətində deyil. «Bu barədə gündəlikdə hər hansı məsələ yoxdur və belə bir görüş, ümumiyyətlə, planlaşdırılmır». Xatırladaq ki, Ermənistanın bir sıra informasiya agentliyi və telekanalları, prezidentlər Serj Sarkisyan və Abdulla Gülün Astanada görüşəcəyi barədə məlumatlar yaymışdı. Xəbər verilirdi ki, həmin görüş zamanı Sarkisyan Gülü İrəvana dəvət etmək niyyətində idi ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar