SON XƏBƏRLƏR

Türkiyə XİN: “Ermənistanla görüşmələrimizə fərqli don geydirməyin”

2021.10.20, 07:36
Türkiyə XİN: “Ermənistanla görüşmələrimizə fərqli don geydirməyin”

Gunaz.tv
Türkiyə XİN: “Ermənistanla görüşmələrimizə fərqli don geydirməyin” 4544.jpg Son günlər Türkiyənin bəzi mətbu orqanlarında Ankara ilə Yerevan arasında gizli görüşlərin keçirildiyi barədə məlumatlar yayılır. Ankara Yerevanla hansısa səviyyədə rəsmi görüşlərin keçirilə biləcəyini, lakin iki ölkə arasında həllini gözləyən problemlər aradan qaldırılmayınca Ermənistanla normal münasibətlərin qurulmayacağını rəsmi şəkildə bir daha bəyan edib. Son günlər Türkiyənin bəzi mətbu orqanlarında Ankara ilə Yerevan arasında gizli görüşlərin keçirildiyi barədə məlumatlar yayılır. Həmin informasiyalarda iddia edilir ki, guya iyulun 8-də İsveçrənin paytaxtı Berndə iki ölkə nümayəndə heyətləri arasında görüş başlayıb və bir neçə gün davam edib. Görüşdə Türkiyə nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatının rəhbərlik etdiyi də vurğulanıb. Bununla əlaqədar məsələyə münasibət bildirən prezident Abdullah Gül deyib ki, Türkiyə Ermənstan müstəqilliyini elan edən gündən adı çəkilən ölkəyə münasibətdə xoş niyyətdə olduğunu nümayiş etdirib. O: “Türkiyə tərəfindən edilən təşşəbbüslər iki ölkə arasında ortaq tarix komissiyası qurulması ilə əlaqədardır və qarşı tərəfdən də bizə qarşı eyni münasibətin nümayiş etdiriləcəyini gözləyirk”-deyib. Türkiyə xarici işlər nazrliyinin sözçüsü Burak Özügergin isə Ermənistanla görüşmələrə fərqli don geydirilməsinin düzgün olmadığını söyləyib. Bəzi qəzetlərdə “Ermənistanla gizli görüşmələr” başlığı altında gedən yazılarla bağlı Burak Özügergin iki dövlət arasında müxtəlif dövrlərdə diplomatik görüşlərin olduğunu söyləyərək bunda qeyri-adı nə isə axtarmağın düzgün olmadığını vurğulayıb. Burak Özügergin: “İki ölkə xarici işlər nazirlikləri rəsmiləri arasında ara-sıra görüşlər olur. Amma bu görüşlərə farkli yanaşılması və ona müxtəlif don geydirilməsi üçün hər hansı bir əsasın olmadığını düşünürük”-deyib. Qeyd edək ki, son llərdə dəfələlrə Türkiyə mətbuatında Ermənistanla müxtəlif səvyyələrdə görüşlərin keçirildiyi və iki ölkə arasında sərhədlərin açılcağı barədə sensasiya dolu məlumatlar yayılıb. Amma hər dəfə də istər baş nazir Rəcəp Tayyp Ərdoğan, istərsə də prezident Abdullah Gül Ermənistan Türkiyəyə ərazi iddialarından əl çəkməyənə, qondarma soyqırımı iddıalarını geri götürməyəna, həmçinin işğal etdiyi Azərbaycan ərazilərini azad etməyənə kimi Yerevanla hər hansı səviyyədə diplomatik münasibətlərin qurulmayacağını və iki ölkə arasında sərhəd qapılarının açılmayacağını rəsmi şəkildə bəyan ediblər. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar