SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ BAŞ VERƏNLƏR AVROPANIN GÖZÜ İLƏ

2021.10.20, 07:36
TÜRKİYƏDƏ BAŞ VERƏNLƏR AVROPANIN GÖZÜ İLƏ

Gunaz.tv
TÜRKİYƏDƏ BAŞ VERƏNLƏR AVROPANIN GÖZÜ İLƏ Gəlinən nəticə belədir: bu ölkədə siyasi sabitlik sona çatdı, vəziyyət bu tezliklə düzəlməyəcək İ.BALIOĞLU Türkiyə polisinin "Ergenekon" terror təşkilatına üzv olmaq" ittihamı ilə məhkəmə önünə çıxardığı İşçi Partiyasının Gənclər Təşkilatının lideri Barbaros Xeyrəddin Altıntaş haqqında həbs qətimkan tədbiri seçilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, növbətçi məhkəmə önünə çıxarılan B.X.Altıntaş həbs edilsə də, onun müavini Tunç Akkoç sərbəst buraxılıb. T.Akkoç məhkəmə salonundan çıxdıqdan sonra jurnalistlərə açıqlamasında Türkiyədə vətənsevərləri, Atatürkün prinsiplərini məhkum etmək istəyənlərin öz istəklərinə çatmadıqlarını bəyan edib: "Bu ölkədə vicdanlı hakimlər var. Bunu bir daha sübut etdilər. Artıq "Ergenekon" oyunu çöküb". Qeyd edək ki, B.X.Altıntaş bir neçə ay əvvəl həbs olunmuşdu. İyulun 1-də həbs olunan 21 nəfərdən 4-ü isə artıq azadlığa buraxılıb. İyulun 1-də Türkiyə polisinin keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunmuş "Tərcuman" qəzetinin baş redaktoru Üfüq Böyükçələbi sərbəst buraxılıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Üfüq Böyükçələbi, Siyami Yalçın, Murad Avar və Həmzə Dəmir iyulun 4-nə keçən gecə prokurorlar tərəfindən ifadələri alındıqdan sonra "Ergenekon" terror təşkilatının üzvü olmaq" ittihamı ilə barələrində həbs qətimkan tədbiri seçilməsi üçün İstanbul növbətçi 13-cü Ağır Cəza Məhkəməsinə göndərilib. Ancaq məhkəmə bu şəxslərin həbsdə qalmasına lüzum görməyib və onları azad edib. Xatırladaq ki, polis tərəfindən həbs olunarkən Ü.Böyükçələbinin əlləri qandallanmışdı. Dünya isə öz prizmasından yanaşmaqdadır. İngiltərənin nüfuzlu "Financial Times" qəzeti öz şərhində Türkiyədə cərəyan edən hadisələri böhran adlandırır və bunun baiskarının Avropa Birliyi olduğunu göstərir. Deyilir ki, bütün baş verənlər AB-nin Türkiyəyə konkret bir üzvlük təqvimi vermədiyindən qaynaqlanır. Şərhdə qeyd edilir ki, "Türkiyə, ölkə və dünya üçün dərin təsirləri olan bir konstitusiya böhranı pəncəsində qıvrılır". Göstərilir ki, Türkiyədə baş verənlər AB üçün bir xəbərdarlıq olmalıdır, başqa sözlə, AB Türkiyəyə münasibətini yenidən gözdən keçirməli, bu ölkənin AB üzvlüyü istəyinə ayrı-seçkilik etmədən yanaşmalıdır. Baş verənlərin Türkiyənin iqtisadi inkişafını ləngidəcəyi də bəlli olmuşdur. Bunun ilk əlamətləri özünü çox gözlətməyib. Belə ki, AKP-nin qapadılma davası və "Ergenekon" təhqiqatı Türkiyə birjalarına təsirsiz ötüşməyib. "Financial Times" son gəlişmələrin investorları hürkütdüyündən və maliyyə dünyasında gərginliyi artırdığından xəbər verir. Londonda fəaliyyət göstərən "Eurasia Grour" analitiklərinin mülahizələrinə görə "layiqlik tərəfdarları şübhəyə düşüblər ki, bütün bunlar ordunun nüfuzunu zədələmək təşəbbüsləridir" və "ordunun sərt bir açıqlama ilə reaksiya göstərməsi ehtimaldan kənar deyil". Hesab edilir ki, ordu rəhbərliyi "Ergenekon" təhqiqatına sərt bir reaksiya göstərərsə, bu, yanan ocağa yağ tökmək effekti verəcək. Hökumət ilə atatürkçü qurumlar arasında bu çəkişmələr nəticəsində birjalarda çərşənbə axşamından bəri satışın artdığı, bundan Avropa birjalarının zərər çəkdiyi, Türkiyənin özündə türk hissələrinin 6 faiz dəyərdən düşdüyü və lirənin avro qarşısında gerilədiyi avropalı analitiklərin gözündən qaçmır. Belə bir nəticə çıxarılır ki, Türkiyədə siyasi sabitlik sona çatdı, qısa və ya orta müddətdə əvvəlki şəklinə dönə bilməyəcək. Əlbəttə ki, bu fikir Türkiyəni zəiflətmək istəyən xarici qüvvələrin özləri üçün seçdikləri bir hədəfin açıq ifadəsidir. "Daily Telegrarh"ın iddiasına görə, guya, istefada olan generallar keçən il Nobel mükafatı almış yazıçı Orxan Pamuku bir sui-qəsd ilə öldürməklə hadisələri məcrasından çıxarmağı və bununla da hərbi çevrilişə yol açmağı planlaşdırıblarmış. İndi bütün gözlər həftənin sonunda açıqlanması ehtimal edilən rəsmi ittihamnamənin mətninə zillənib. İttihamnamənin 2500 səhifə təşkil etdiyi deyilir. "Ergenekon" adlı bir təşkilatın gerçəkdən var olub-olmadığı ən çox maraq doğuran sualdır. MİT və Əmniyyət belə bir qurumun varlığını təsdiqləyir, Baş Qərargah prokurorluğun sorğusuna "bilmirik" cavabını vermişdir. Türkiyə mətbuatında yer alan bilgilərə görə, təhqiqat orqanlarında sözügedən "Ergenekon"un "Türkiyə Silahlı Qüvvələri daxilində gizli bir təşkilat" olduğu barədə fikir formalaşmışdır. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar