SON XƏBƏRLƏR

Urmiyada kənd təsərrüfatı texnologiyası mərkəzində partlayış olub, 6 nəfər xəsarət alıb

2021.10.20, 07:36
Urmiyada kənd təsərrüfatı texnologiyası mərkəzində partlayış olub, 6 nəfər xəsarət alıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiya şəhərində kənd təsərrüfatı texnologiyası mərkəzində partlayış baş verib, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

 

Bu barədə Urmiya Bələdiyyə İdarəsinin Fövqəladə Hallar Bölümünün rəisi İbrahim Quşçi çərşənbə axşamı günü “İrna” xəbər agentliyinin müxbirinə məlumat verib.

 

“Çərşənbə axşamı günü səhər saatlarında Urmiya-Salmas istiqamətində Küləg kəndində yerləşən Tətbiqi Elmlər Universitetinə aid bir binada partlayış baş verib. Partlayışla bağlı xəbər tutduqdan dərhal sonra hadisə yerinə yanğınsöndürən və xilasedici qruplar göndərildi.”- deyə o bildirib.

 

Onun sözlərinə görə, partlayışın həcmi və şiddəti böyük olub. Lakin hadisədə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alsa da, kimsə həyatını itirməyib.

 

Polis faklta bağlı araşdırmaya başlayıb.

 

Kənd təsərrüfatı texnologiyası mərkəzi Urmiyanın təxminən 5 kilometrliyində, Küləg kəndinin yaxınlığında yerləşir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar